AZƏRBAYCANDA ALİMİN ELMİ DƏRƏCƏSİ LƏĞV EDİLDİ.... - 81 iddiaçıya elmi dərəcələrin verilməsindən imtina olunub

"Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir".

"Report" xəbər verir ki, bunu Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissi­yasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib: "Xarici ölkədən bizə daxil olan müraciətə əsasən azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".

Lakin F.Mustafayev plagiat dsissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb.

AAK sədri onu da qeyd edib ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edil­miş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.

"Bu il üzrə 81 iddiaçıya elmi dərəcələrin, 14 iddiaçıya isə elmi adların verilməsindən imtina edilməsi haqqında qərar qəbul olunub” - deyə, Famil Mustafayev rəsmi qəzetə müsahibəsində bildirib.

Onun sözlərinə görə, komissiyada yeni texnologiya və proqramların imkanlarından faydalanaraq iddiaçının müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarından istifadə etdiyi, yəni elmi plagiat faktlarının aşkar olunduğu hallara qarşı mübarizə sərtləşdirilib.

AAK sədri bildirib ki, plagiat faktı aşkar edildikdə əvvəllər olduğu kimi yalnız iddiaçıların deyil, o cümlədən elmi rəhbər və elmi məsləhətçinin, rəsmi opponentlərin (müsbət rəy verdikləri halda), elmi semi­narın sədrinin, elmi katibin və dissertasiya şurasının iclasına sədrlik edən şəxslərin məsuliyyətinə dair Əsasnamədə müddəalar mövcuddur.

“Elmi plagiat halları aşkar edildiyi təqdirdə Əsasnamə ilə Komissiyanın dissertasiya şurasının həmin iclasına sədrlik etmiş şəxsi, dissertasiya şurasının elmi katibini və dissertasiya şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın sədrini, üç il müddətində təkrar təyin olunmaq hüququ olmadan, dissertasiya şurasında və elmi seminarda vəzifələrinin icrasından kənarlaşdırmaq, elmi rəhbərin, elmi məsləhətçinin və rəsmi opponentlərin (müsbət rəy verdikləri halda) üç il müddətinədək həmin vəzifələri tutmasına məhdudiyyət tətbiq etmək hüququ təsbit edilmişdir. İddiaçılara münasibətdə isə plagiat faktının aşkar edilməsi ilə bağlı fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il, elmlər doktoru elmi dərəcəsinin iddiaçılarına isə beş il müddətində müdafiə etmək hüququ verilməyəcək, iddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməyəcək”, - F.Mustafayev vurğulayıb.

635x100

Şərhlər

Kamil Nurulla 2021-10-17 20:03:43

Famil Mustafayevin öz elmlər doktorluq işi nə gündədir! Gözə kül üfürür. Ondan soruşan yoxdur ki, özü nə qədər insanın zay işinə diplom verib. 81 adamın adını desin.

A.Məmmədov 2021-10-16 18:06:30

Famil müəllim çox qıssa bir müddətdə gözəl kollektiv yarada bilib. İstənilən müraciətə tam və məzmunlu cavab verirlər. Mən qızımın dissertasiya müdafiəsi ilə bağlı İqtisadiyyat şöbəsinin müdiri Mübariz müəllimə bir gün ərzində bir neçə dəfə zəng vurmuşam. O, mənə movcud problemin həllini təmkinlə başa salıb. Bu kollektivdə çalışanların əksəriyyəti Mübariz müəllim kimi ziyalı və səviyyəli insanlardırlar.

Alimlə həmrəy 2021-10-16 09:23:15

AMEA-nın Fəlsəfə İnstitutu Hüquq və İnsan Haqları İnstitutunun yanında toya - bayrama gedməlidir e.Hüquq və İnsan Haqları İnstitutununda məqalələr 200 manata, illik tədqiqat işləri 500 manata, rəylər 800-1000 manata yazılır. Təbii ki bu qiymətləri direktor qoyub o bu işlərdən faizi nalır. Böyük elmi işçi, aparıcı və baş elmi işçi, şöbə müdiri vəzifələrinin öz taarifi var. Baxırsan ki elmə aidiyyəti olmayan gənc bir adamı birdən birə işə böyük elmi işçi kimi qəbul etdilər. Təbii ki havayı deyil. Ora açıq bazardır.

Alim 2021-10-15 18:30:57

İnşaatçı Bəhruz Quliyev fəlsəfə üzrə fəlsəfə doktoru, onun həbsdə saxlanılan rüşvətxor, geofizik qardaşı Rasim Quliyevin isə fəlsəfə üzrə fəlsəfə doktoru dissertasiyası müdafiəyəyə hazırdır. AMEA-nın Fəlsəfə İnstitutunu bağlamaq lazımdır!

Eldəniz 2021-10-15 17:18:09

Hal hazırda Milli Meclisin yarısı professor elmi dərəcəsi var , onları da yoxlamalar plagiat çıxacaq ...

Roma 2021-10-15 16:39:39

TEN-i adı ilə yazana: Sizinlə tam razıyam, məncə haqlısınız...Bundan başqa bəzi adlar vardır ki, onların uzadılması məncə mənasızdır. Məsələn əvvəlki Təcili Tibbi Yardımı indi Təcili və Təxirəsalınmaz Tibbi Yardım və ya Texniki İnventarlaşdırma Bürosu adına Əmlak, Kadastr və s. sözləri artıraraq deyilişi çətinləşdiriblər...

t.ədalət 2021-10-15 13:32:44

Hazırda Azərbaycanda,basşda Ramiz Mehdiyev olmaqla xeyli elmi dərəcələr saxtadır.Sovet dövrü humanitar sahədəki elmi adlar da imperiyaya xidmət yolu ilə alınıb və heç bir milli səciyyə daşımır.

TEN-i 2021-10-15 10:11:05

AAK bu elmi adlara yapışdırılan 2Fəlsəfə üzrə" sözünü ləğv etmək barədə düşünürmr? Axı fəlsəfə elmi mövcuddur,onun əsasları,var.Bu sözü tibbə,texnki elmlərə daxil etməkmənasız və yanlışdır.Çünki bu sahə adamları fəlsəfənin nə olduğunu belə blmrlər.

Son yazılar