Putin: “Pis sülh, müharibədən yaxşıdır” – Azərbaycan üçün hansı məqbuldur?

Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən son iclasında çıxışı zamanı Qarabağdan danışarkən deyib ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağda əldə olunan barışığın zəmanətçisidir: “Bizim yardımımızla humanitar yüklərin çatdırılması, hər iki tərəfdə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir, həyat təminatı sistemi bərpa olunur”.

Vladimir Putin videokonfransda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın çıxışlarını şərh edərkən ən yadda qalan fikrini söyləyib: “Pis sülh, yaxşı müharibədən yaxşıdır”.

Həqiqətənmi, Qarabağ nümunəsində “pis sülh yaxşı müharibədən yaxşıdır”?

Birincisi, Putin bu cümləsiylə etiraf edib ki, Qarabağda əldə olunan sülh yaxşı deyil, Rusiya mümkün olan nəticəni əldə edib. Yəni Putin “yaxşı müharibəni pis sülhlə” əvəz edib.

İkincisi, Putinin “yaxşı müharibə” adlandırdığı söz birləşməsi Azərbaycana aiddir. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün müharibəyə başladı və bu həqiqətən bizim üçün yaxşı müharibəydi, çünki hədəf torpaqları azad etmək idi. 

Üçüncüsü, Putinin “pis sülh yaxşı müharibədən yaxşıdır” ifadəsi Azərbaycan üçün məqbul sayıla bilməz. Çünki əgər biz Putinin təbirinsə desək, yaxşı müharibədə qələbə çalmışıqsa, sülhün də yaxşı olmasını istəmək haqqımızdır. Kreml sahibinin məntiqindən isə belə çıxır ki, onlar üçün “hazırki sülh də pis deyil”. Halbuki, Azərbaycanla Ermənistan arasında sülh yoxdur. Azərbaycan Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüklərinin tanınması əsasında sülh sazişinin imzalanmasını istəyir. Rəsmi İrəvan buna hazır deyil, çünki sülh sazişini imzalasalar, Qarabağı Azərbaycan ərazisi kimi tanımaq məcburiyyətində qalacaqlar. Onlar buna hazır deyillər. Bu bizi az narahat edir, müharibə bitibsə, iki tərəf arasında saziş imzalanmalıdır.

Göründüyü kimi, mövcud vəziyyət Kremli narahat etmir, çünki Putin “pis sülhün” davamını məqbul sayır, özünə zəhmət verib Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur etmək istəmir.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

"Atlas"a 2021-10-16 14:12:14

Nədən, Sülh sazişini işğalçı Ermənistan yox, Zəfər çalmış Azərbaycan rica edir? AXCnin öz siyasi-coğrafi kartası olub və Azərbaycan SSRin ilkin xəritə üzrə iddiaları üzrə sərhədd qəbul edilməlidir? Biz Beynəlxalq dairələrdən nəsə umur və bacarmadığımız layihəri də veririk! Öz haqqımıza gələndə, İrəvan və Kremldən kənar heç qurumu "tanımırıq"?

Son yazılar