Menu

Yaponiyanın yeni Baş naziri yeni hərbi strategiyanı bəyan edib

17.10.2021, 00:05
Yaponiyanın yeni Baş naziri yeni hərbi strategiyanı bəyan edib

Yaponiyanın yeni Baş naziri Fumido Kisida hesab edir ki, milli müdafiə strategiyası çərçivəsində Yaponiya ordusunun potensial düşməninin ərazisindəki raket bazalarına preventiv zərbələrin endirilməsi imkanlarının inkişafı mümkündür.

Hökumət başçısı bu barədə nəhəng «Yomiuri» yapon qəzetinə müsahibəsində bəyan edib. Müsahibədən parçalar oktyabrın 16-da verilib. «Bu varianta da baxılır» - o, uyğun sula cavab verib.

Kisida qeyd edib ki, səsdən sürətli və ballistik raketlər inkişaf etməkdədir və Yaponiya əhalisinin müdafiəsi nöqteyi-nəzərindən bütün real imkanlara baxmaq lazımdır. Hökumət başçısı əlavə edib ki, milli müdafiə strategiyasına mümkün qədər tez bir zamanda baxılmalıdır.

Yaponiyada son illər ərzində ölkənin özünümüdafiə qüvvələri potensialının inkişafının məqsədəuyğunluğu barədə diskusiyalar aparılır. Bu zaman indiki müdafiə-oriyentir siyasətinin saxlanmasının vacibliyi qeyd edilir, düşmənin bazalarına preventiv zərbələr ən son variant olaraq (müdafiə üçün başqa variantın olmadığı hallar) qüvvədə saxlanır.

Hazırda Yaponiya ikisəviyyəli raket əleyhinə müdafiə sisteminə malikdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol