Fransanın Belarusdakı səfiri hökumətin tələbi ilə ölkəni tərk edib

Fransanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Nikolya de Buyan de Lakost rəsmi Minskin tələbi ilə ölkəni tərk edib. Bu barədə “Report” “France Press”ə istinadən xəbər verir.

Diplomatik missiyanın adının çəkilməsini istəməyən nümayəndəsinin sözlərinə görə, səfir artıq işçilərlə vidalaşıb: “Belarusun Xarici İşlər Nazirliyi səfirdən 18 oktyabr tarixinə qədər ölkəni tərk etməsini tələb edib. Səfir də bu gün ölkədən gedib”.

635x100

Şərhlər

Ramil 2021-10-18 00:09:06

fransanin Bakidaki sefirliyi baglansin sefir de olkeden qovulmalidi

Son yazılar