Menu

"Azərbaycana Fransanın dostluq mesajını çatdırıram" - Səfir

18.10.2021, 17:06
"Azərbaycana Fransanın dostluq mesajını çatdırıram" - Səfir

"Azərbaycan müstəqilliyinin bərpasından otuz il ötür. Azərbaycan 18 oktyabr 1991-ci ildən bəri uzun bir yol keçib".

"Report"un xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Zəkəriyyə Qros deyib.

O vurğulayıb ki, Azərbaycan öz suverenliyini qoruyub saxlayıb, təhlükəsizliyini, həmçinin vətəndaşlarının təhlükəsizliyini təmin edib, infrastrukturunu və iqtisadiyyatını inkişaf etdirib, beynəlxalq əməkdaşlıq qurub, universitet standartlarını yüksəldib və əhalisinin sosial ehtiyaclarını ödəmək üçün rifah dövlətinin bərpasına başlayıb: "İkinci Qarabağ müharibəsinin sonunda atəşkəs razılaşması əldə edilib və bu da gələcəyi hazırlamağa imkan verməlidir.

Bu gün müstəqilliyinin bərpasının otuzcu ildönümü münasibətilə Azərbaycana Fransanın bir dostluq mesajını çatdırıram".

Diplomat qeyd edib ki, Azərbaycanla Ermənistan davamlı sülhün yaradılmasını və Cənubi Qafqazın çiçəklənməsini arzulayır.

Şərhlər

Sefer 2021-10-19 08:41:44

fransanin Bakidaki sefirliyi baglansin sefir de olkeden qovulmalidi. Vessalam

Amon 2021-10-18 23:00:42

Bos bos danisma ozunde berbere get fransa azerbaycanin dostu ola bilmez hecvaxt

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol