Menu

"ABŞ Gürcüstanın Cənubi Qafqazda sülh təşəbbüsünü dəstəkləyir" - XİN başçısı

18.10.2021, 22:33
"ABŞ Gürcüstanın Cənubi Qafqazda sülh təşəbbüsünü dəstəkləyir" - XİN başçısı

"ABŞ Gürcüstanın Cənubi Qafqazda Dinc Qonşuluq Təşəbbüsünü qətiyyətlə dəstəkləyir".

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

Onun sözlərinə görə, ABŞ-ın müdafiə naziri Lloyd Austin Gürcüstan Baş nazirinin regionda dayanıqlı sülhün qurulmasında bilavasitə oynadığı rolu xüsusi minnətdarlıqla qeyd edib.

D.Zalkaliani deyib ki, bununla bağlı ABŞ tərəfi Gürcüstan hökumətinin Azərbaycan və Ermənistan arasında vasitəçilik prosesində iştirakının vacibliyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol