KXDR raket atışları bütün beynəlxalq birliyə təhlükədir - Yaponiya

Yaponiya hökuməti hesab edir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket atışları bölgə ölkələrinə və beynəlxalq birliyə təhlükə törədir.

Bu barədə çərşənbə günü mətbuat konfransında Yaponiya Nazirlər Kabineti Baş katibinin müavini Yosixiko İsodzaki bəyan edib. Xəbəri oktyabrın 20-də TASS agentliyi yayıb.

«Şimali Koreyanın raket-nüvə aktivliyi, son atışlar da daxil, bizim ölkəmiz üçün, bölgə üçün və bütün beynəxlq birlik üçün sülhə və təhlükəsizliyə təhdid törədir» - o, qeyd edib.

İsodzaki əlavə edib ki, Pxenyanın son raket atışları BMT TŞ-nın qətnamələrinin açıq şəkildə pozulmasıdır. O, qeyd edib ki, Yaponiya hakmiyyəti ABŞ-la, Cənubi Koreya ilə və bütün beynəlxalq birliklə Şimali Koreya problemi üzrə sıx əməkdaşlığı davam etdirir.

Siyasətçi həm də əmin olduğunu bildirib ki, KXDR-nın davam edən nüvə-raket proqramının inkişaf etdiyi fonda Yaponiya üçün özünün raket əleyhinə müdafiə sistemini möhkəmlətmək qaçılmaz olacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar