Menu

“Torpağın altında çürümək istəmirəm”

27.10.2014, 16:42
“Torpağın altında çürümək istəmirəm”

İranda edam olunan 26 yaşlı Reyhan Cabbarinin ölümdən öncə yazdığı son məktub üzə çıxıb.

AzNews.az xəbər verir ki, Reyhan Cabbari anasına məktub yazaraq orqanlarının ehtiyacı olan şəxslərə bağışlanmasını istəyib:

“Mən ürəyimi, böyrəklərimi, gözlərimi ehtiyacı olan şəxslərə vermək istəyirəm.

Orqanlarımın torpağın altında çürüməsini istəmirəm. Xahiş edirəm ki, məhkəməyə müraciət edərək səlahiyyətli şəxslərə son arzumu çatdırın”, - deyə R.Cabbari bildirib.

Qeyd edək ki, 26 yaşlı Reyhan Cabbari 2007-ci ildə təcavüzdən qorunmaq üçün keçmiş ETTELAAT kəşfiyyatçısını qətlə yetirib.

Hadisə siyasi çalar aldıqdan sonra İran məhkəməsi Reyhan Cabbariyə ölüm hölmü oxuyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol