Menu

Yunanıstan XİN başçısı Cənubi Qafqaza səfər edəcək

22.10.2021, 10:11
Yunanıstan XİN başçısı Cənubi Qafqaza səfər edəcək

Yunanıstanın xarici işlər naziri Nikos Dendias yaxın vaxtlarda Cənubi Qafqaza səfər etməyi plalaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu məsələ XİN başçısı və Gürcüstan parlamentinin sədri Kaxa Kuçava arasında bu gün Afinada keçiriləcək görüşdə müzakirə olunacaq.

Tərəflər iki ölkə arasında münasibətlər, Gürcüstanın avroatlantik inteqrasiyası, dekabrda keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti mövzuları ətrafında da fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, K.Kuçava Yunanıstan paytaxtında parlament sədrlərinin Avropa Konfransında iştirak edir.

Şərhlər

t.ədalət 2021-10-22 11:21:18

Bu yunan bizim ordunun puspərəst komandirlərdən biri olan Yaşar Aydəmirova çox bənziyir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol