İRANA İŞLƏYƏN SAYTLAR BLOKLANDI! – “YouTube” kanallarına da qadağa qoyulub

Azərbaycanda İranın maraqlarına xidmət edən şəxslərə və təşkilatlara qarşı tədbirlər davam etdirilir.

“AzPolitika.info” xəbər verir ki, İran rejiminin siyasətini və məzhəbçiliyin təbliğatını aparan 6 sayt müvafiq dövlət qurumları tərəfindən bloklanıb. Bunlar “deyerler.az”, “maide.az”, “ahlibeyt.az”, “ehlibet.info”, “shia.az” və “islaminsesi.org” saytlarıdır. Eləcə də İrana işləyən “YouTube” kanallarına qadağa qoyulduğu bildirilir. 

Xatırladaq ki, iki gün öncə “maide.az” saytının rəhbəri Sərdar Babayevin həbsilə bağlı məlumat yayılıb. Vəkilinin verdiyi məlumata görə, S.Babayevə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib və məhkəmənin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. 

Şeyx Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 2020-ci ilin fevralında isə azadlığa buraxılmışdı.

“AzPolitika.info”

635x100

Şərhlər

Niyaməddin 2021-10-24 09:31:42

Əla! Belə də olmalıdır! Bu lənətlənmiş zatıqırıqların payını bundan da artıq vermək lazımdır. Əla! Əla! Əla! Hüquq mühafizə orqanlarına təşəkkür edirik!

Azer 2021-10-23 20:22:59

Destekleyirem, o cumleden Sheyxide terpetmek lazimdir

Bashirov Qarib 2021-10-23 16:36:40

Mən yaşlı-başlı və Allaha sidq urəklə ibadət edən birisiyəm. İnanın ki, hər bunlara qulaq asanda hayqırmışam ki, hanı bu ölkənin yiyəsi? Niyə bunlar qandallanmırlar?İnanın ki,onlar siyasətdən danışanda İran hakimiyyətinə bizimkilər , özmuzkulərdən danışanda sionist və bu kimi epitetlərdən istifadə edərək qulaq asanları adətən çıldırırdılar. Səsimizi də eşidən yox idi. Onların həbsi,islamı qorumağa xidmətdir.

Eli 2021-10-23 14:33:55

Mence bunların hamısının qollarına qandal vurub atmaq lazımdır İrana ki gedib oturdunlar tiryeki ağalarının yanında onlar ne qelet edir bunlar da ondan elesin.Men and içerem ki, bunların din ile Allah ile heç bir elaqeleri yoxdur.Bu İran mollaları ermeni ile görüşüb öpüşüb birlikde iş görmürler daha İranlılarla bunların ne ferqi bunlar ki düşmen deyirmanına su tökğrler daha isbata ne ehtiyac.Bunların axı ne svadı var ki bize dinden ders keçsinler.Qoy gedib farsla ermeni ile tiryeklerini çekib siğe meseleleri ile meşğul olsunlar.Bunlar bize düşmen ünsürlerdir.

RR 2021-10-23 14:11:05

Bashcilari Sheyxdi !!!Bilesiz

Mubariz 2021-10-23 13:10:25

Çoxdan lazım idi , QMİ -ni də bağlamaq lazımdır ,fəaliyyətsiz komitənin də işində islahatlar lazımdır ,M.Qurbanovu da içəri atmaq

Son yazılar