BİR CÜMLƏDƏ 6 SƏHV BURAXAN “QANUNYAZAN” – Heç olmasa, “Azərbaycan” sözünü düzgün yazmağı öyrənsəydi...

Şeyxülislam Allahşükür Paşazadəni son Moskva səfərində müşayiət edənlər arasında qardaşı, deputat Cavanşir Paşazadə də var idi. Həmin səfər çərçivəsində şeyxülislam Rusiya patriarxı və erməni katalikosu ilə görüşlər keçirmişdi.

Ümumiyyətlə, C.Paşazadə şeyxi əksər rəsmi xarici səfərlərində müşayiət edir, baxmayaraq ki, sadəcə parlament üzvü olması ona dövlət vəsaiti hesabına şeyxə qoşulub xaricdə gəzmək səlahiyyətini vermir, o, parlamentin 125 deputatından sadəcə biridir. Ancaq əsas mövzu bu deyil...

Sosial şəbəkələrdə C.Paşazadənin bir statusu paylaşılıb. Cəmi bir cümləlik həmin statusda 6(!) kobud səhv var. Azərbaycanın 125 deputatından biri, Lənkəran kimi böyük bir rayonu, ölkəmizə böyük sayda ziyalı, mütəfəkkir, alim bəxş etmiş bölgəmizi təmsil edən C.Paşazadə Azərbaycanı “Azarbaycan”, Prezidenti “Prizident”, tərəfindən sözünü isə “tərəfinnən” kimi yazır. Kimsə bunların mexaniki səhv olduğunu deyə bilməz. Əgər C.Paşazadənin həmin paylaşımı böyük bir mətn olsaydı, bunu haradasa anlamaq olardı. Cəmi bircə cümlədə 6 səhv etmək ondan xəbər verir ki, adamın elementar savadı yoxdur, amma nə işdirsə, bu savadsızlığı onun 20 ilə yaxındır “qanunyazan” olmasına mane ola bilmir.

C.Paşazadənin Milli Məclisin saytında dərc olunan bioqrafiyasında deyilir ki, 1953-cü ildə doğulmuş və Kənd Təsərrüfatı İnstitutunu bitirmiş deputat Azərbaycan dilindən savayı rus, fars, özbək və tacik dillərini bilir. Ancaq Azərbaycan dilindəki “misilsiz” istedad və biliyindən xəbər verən yazı-pozusuna nəzər yetirəndən sonra hörmətli Paşazadənin digər dörd dilə nə dərəcədə sahib olduğunu təsəvvür etmək elə də çətin deyil...

Əslində, bu paylaşım bir daha Azərbaycan deputatlarının bəzilərinin təhsili, savadı, biliklərilə bağlı müzakirələri bir daha gündəmə gətirmiş olur. Belə ki, parlamentdə C.Paşazadə kimi “təhsilli” millət vəkilləri az deyil. Deputatları yığıb, imla, yaxud inşa yazdırmaqla imtahan götürən olsa, heç şübhəsiz yazdıqlarında C.Paşazadədən də betər səhvlərə yol verənlər tapılar. Unutmayaq ki, təkcə Elşad Abdullayevin saxta Azərbaycan Beynəlxalq Universitetini bitirən 10-dək deputat var. Bundan əlavə idmandan, biznesdən, ticarətdən, fermerlikdən və s. gəlib, deputat olanlar da az deyil. Əlbəttə, bu, o demək deyil ki, idmançı, yaxud fermer deputat olmalı deyil. Xeyr. Sadəcə, kimliyindən asılı olmayaraq, 10 minlərlə seçicini təmsil edən şəxs zəhmət çəkib bilik, savad, qabiliyyət sahibi olmalı, öz dilində ən azı normal yazıb-pozmağı bacarmalıdır. Əgər bacarmırsa, heç olmasa öyrənməyə çalışmalıdır.

C.Paşazadə 4 çağırış, yəni 20 ilə yaxındır ki, Milli Məclisin üzvüdür. Nə qədər tənbəl və öz seçicinə, partiyana (YAP üzvüdür), təmsil olunduğun parlamentə, nəhayət, Azərbaycan dilinə etinasız olmalı, ona hörmətsiz yanaşmalısan ki, özünə əziyyət verib, heç olmasa “Azərbaycan”, “Prezident” sözlərini doğru-düzgün yazacaq qədər savadlanmağa çalışmayasan... Ancaq yazı-pozusu olmamasına baxmayın, durub şeyxin və özünün biznesilə bağlı suallar versəniz, nəyin harada, nə qədər olduğunu, nədən daha çox qazanc götürməyin mümkünlüyünü soruşsanız, görərsiniz ki, adam “vunderkind”dir... 

Əslində, C.Paşazadənin bu paylaşımı bir daha parlamentin “formalaşma mexanizmi”nin nə qədər ağır fəsadlar yaratdığını ortaya qoyur. Soruşan lazımdır ki, adam şeyxülislamın qardaşıdır deyə, mütləq deputatmı olmalıdır? Özü də dörd dəfə! Bəzi iddialara görə, şeyxin “siyahısı” ilə parlamentə düşən 10-a yaxın deputat var ki, C.Paşazadə və kürəkəni Əliabbas Salahzadə də onların sırasındadır... 

Təəssüf ki, elə digər deputatların da əhəmiyyətli qismi məhz hakimiyyətdə mövqe sahibi olan kimlərinsə çevrəsinə daxil olduqları üçün bu gün Milli Məclisdədirlər, savadlarına, bacarıqlarına, siyasi, iqtisadi biliklərinə və nəhayət, seçicilərin dəstəyinə görə yox! Bəs, niyə bizi belələri təmsil etməlidirlər? Özü də təkcə parlamentdə yox, həm də beynəlxalq təşkilatlarda, xaricdə keçirilən tədbirlərdə və s.

Təbii ki, bu “yazı-pozusuna” görə parlamentdə Paşazadəyə kimsə “gözün üstə qaşın var” deməyəcək. Çünki orada bunu deməyə mənəvi haqqı çatanlar elə də çox deyil. Lakin bir şey dəqiqdir ki, bizi belələri təmsil etdikcə, nə deputat adının, nə də ümumilikdə parlamentin nüfuzu görmək istədiyimiz səviyyədə olmayacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”


Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Oxucu 2021-10-30 22:24:10

Şəki də o gündədir..

Roma 2021-10-26 14:21:32

"""Şeyxin deputat qardaşından AÇIQLAMA: "O statusu sürücüm yazıb, kimə nə dəxli var?"""...Necə yəni kimə nə dəxli var, əvvəla yazı sənin adından yazılıb, ikincisi sən sıradan biri deyilsən, Millət Vəkilisən, üçüncüsü sənin təkzibin yalana oxşayır, belə ki, əgər sürücü Millət Vəkilinin əvəzinə nə isə yazırsa demək, həmin Millət Vəkili öz Seçicilərinə, Dövlətinə və ən nəhayət Millətinə xidmət etmir, yalandan kresloya hansı səbəbdənsə yiyələnib, dördüncüsü də sənin savadın yetərli deyilsə, burada heç bir qəbahət yoxdur, biri akademik, professor ola bilər digəri sıradan bir sənətçi-filan, nə isə...

t.ədalətə 2021-10-26 13:43:19

Görəsən xx əsri deyəndə məktəbə qədər talış dilində danışıb,birdə ədalət bəy savadsıslığın millətə aidiyəti yoxdur,Azərbaycan dilinin yaranışına bax gör kimlər bu cənnət dili bizlərə yazılı formada miras qoyub.

t.ədalət 2021-10-26 13:08:11

Rus kəşfiyyat məktəbinin (Bəlkə də o da Furunze adına hərbi akademiyanı da bitirib) yetirməsi olan Allahşükür Paşazadə buna da çarə tapdı.Günahı sürücünün üzərinə yıxdılar.Məşədi İbadı aldatmaq üçün Rüstəm bəyin "gördüyünüz qızın dayısıdır"-ifadəsini yada salın.

turan 2021-10-26 10:01:56

Faciədir,görün uzun illərdir bu xalqı kimlər idarə edir....vəzifədə oturan savadsız məmurlar,parlamenti zəbt etmiş savadsız deputatcıqlar, ..,

Ali Azərə 2021-10-26 08:54:29

Mümkünsə birinci özündən başla,ikinci bu savadsızları məmur edib,xalqı soymaq üçün bunu edirlər.

Eko 2021-10-26 07:12:54

Emelli bashli xaosdu , kim ne isteyir onuda edir, polismiz bayraqimizi cirir atir , deputatmiz savadsiz , noolacaq bunun axri? MM sedri hara baxir ? DIN nazirimiz hara baxir? o bayraqa qôre necemin shehid vermishik ! Niye ceza verilmir o yol polisne ? ermenidi o ?Ôlûb yere qirse onnan yaxshidi !!! Allah belalarin verer inshallah !!

RR 2021-10-26 06:44:43

Biyabrciliqdi , hôkumet hara baxir ? MM sedri hara baxir ? bu zakaznoy deputatlar , milletin qara nôkteleridi ! Besdirindeeee ayibdi axi

Ali Azar 2021-10-25 23:48:43

Adlarini jazin bilak va gulak.

Eli 2021-10-25 21:33:53

Talış xalqı hemişe bizim canımız ,qardaşımız ureyiöiz olub biz heç vaxt milletler arasında ferq qoyan olmamışıq heç vaxt olmarıq.O ki qaldı milli meselelerdeki ferqlere bunu da bu faşist ermeniler gündeme getirdiler ve cezalarını aldılar ve alacaqlar.Kimliyinden adılı olmayaraq İkinci Qarabağ savaşında azerbaycanlı tus,talış lezgi,yehudi büyün xalqlar can qoyub şehid veribler qazı olublat .Ona göre edaletli olmaq laxımdır yemi kiminse haqqını danmaq en azı günahdır.Bir de Kişi Kişnin Haqqını gerek danmasın.

t.ədalətə 2021-10-25 20:23:35

Paşazadənin vaxtında talış dilində məktəblərdə dərs keçirilməyib,talış dili fars dili deyil yanlışlığa yol verirlər bilməyənlər,talış dilinin ən azı 50-60%-izini Azərbaycan türkcəsi təşkil edir sadəcə həmin sözün şəkilçisi dəyişilir,bu qədər aqresiv olmaqdansa birdəfə talış dilindəki fərqlərlə marağlan onda biləcəksənki talışların farslara heç bir aidiyəti yoxdur,kimlərə isə bu aidiyətlər lazımdır marağlısı bax bundadır.

Kələntər 2021-10-25 17:12:35

Azarbaycanın azarı düşsün Sallaqzadaların canına !

Niyaməddin 2021-10-25 15:54:26

Bunların himayədarları İngiltərə, Rusiya, Fransa və İrandır. Arxalı köpək qurd basar deyiblər. Amma heç şübhəsiz ki, sonlarına çox az qalıb, həm də çox az.

Vətəndaş 2021-10-25 15:44:37

Deputatlar heç vaxt Qanun yazmayıb. Heç bir deputat Qanun müəllifi deyil. Sadəcə qarşılarına qoyulana göstərişə uyğun olaraq "səs" veriblər. Bu qədər.

t.ədalət 2021-10-25 15:12:29

,,,,Ola bilsin ki,hörmətli deputat C.Paşazadə də məktəbə gedənə kimi talış dilindən başqa dil bilməyib.Odur ki,indi yazıda sözləri çaş-baş salır.Bir də ki farslar,oila bilsin, onları inandırıblar ki,,,,,Amma Qarabağdakı zəfərimiz,qardaş Türkiyənin dəmir yumruğu onların bu iddialarına son qoydu!,,,,

pensioner 2021-10-25 15:11:35

Kimdir bunların "krışa"sı?

OXUCU 2021-10-25 14:51:24

GÖR BİZİ KİMLƏR İDARƏ EDİR.HƏLƏ BU HARASIDIR İQTİDARDA OLAN MƏŞHUR BİRİSİ VURMA CƏDVƏLİNİ BİLMİR.İŞÇİLƏRİ ONU DAİM ALDADİR.MANATI DOLLARA ,DOLLARI MANATA ÇEVİRƏ BİLMİR.YAZI DA YAZANDA ƏLİFBA CƏDVƏLİNİ QOYUR STOLUNUN ÜSTÜNƏ,BAŞLAYIR HIQQANA HIQQANA YAZMAĞA.

Son yazılar