Menu

Gürcüstanda daha 4 009 nəfərdə COVID-19 aşkarlanıb - 45 nəfər ölüb

28.10.2021, 10:50
Gürcüstanda daha 4 009 nəfərdə COVID-19 aşkarlanıb - 45 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 4 009 yeni yoluxma halı təsdiqlənib, 5 177 nəfər müalicə olunaraq sağalıb, 45 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 707 290 nəfər yoluxub. Onların 647 878-i sağalıb, 9 918-i isə dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol