Onun ailəsi BQXK-nə müraciət edib
21 il əvvəl Kəlbəcərin Çıraqlı kəndində itkin düşdüyü ehtimal olunan Mehman Musayevin ailəsi bu gün BQXK-nın Bərdə ofisində olub
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, Komitə rəsmiləri Mehman Musayevin itkin düşmüş şəxs kimi qeydiyyata götürüldüyünü bildirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi münaqişə zamanı itkin düşmüş şəxslərin tapılması üçün kompleks şəkildə iş aparır.
Kəlbəcərin Taxtabaşı kəndində yaradılmış özünümüdafiə dəstəsinin komandiri olan Mehman Musayev 1993-cü il martın 27 də ermənistan silahlı birləşmələrinin Çıraqlı kəndinə hücumu zamanı dəstəsi ilə birlikdə mühasirəyə düşüb. O gündən Mehmanın döğmaları onun öldüyünə inanıb. Amma bir həftə əvvəl internetdə yayılan video ailəni hərəkətə gətirib. Təqribən 1994-95-ci illərə aid olduğu deyilən videoda xalası oğlu Mehman Musayevin də azərbaycanlı əsirlərin arasında olduğunu görüb və ailəsinə xəbər verib. Yaxınları Mehmanın hələ də sağ olduğuna və ona qovuşacağına inanır. BQXK-nin Bərdə ofisindən də bildiriblər ki, Mehman Musayev haqqında hər hansı informasiya əldə olunsa, ailəsinə bu barədə məlumat veriləcək.

Qalanların taleyi isə demek olar ki, məlum deyil.


Şərhlər