Menu

Bakıda yük avtomobili dörd maşın və sərnişin avtobusu ilə tuneldə toqquşub

29.10.2021, 22:51
Bakıda yük avtomobili dörd maşın və sərnişin avtobusu ilə tuneldə toqquşub

“20 Yanvar” dairəsindən Z.Bünyadiv prospekti istiqamətində tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, 09 BO 440 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkət edən 4 minik avtomobili və 13 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JB 297 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

İlkin məlumata görə, qəza yük avtomobilinin əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.

Qeyd olunub ki, avtobus depoya qayıtdığından içərisində sərnişin olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol