Menu

Ermənistanda dekabrdan bəzi sakinlər COVID-19-dan öz vəsaitləri ilə müalicə olunacaqlar

31.10.2021, 00:50
Ermənistanda dekabrdan bəzi sakinlər COVID-19-dan öz vəsaitləri ilə müalicə olunacaqlar

Ermənistanda peyvənd olunmayan vətəndaşların dekabrın 1-dən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunacaqları istisna edilmir.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin Qeyri-infeksion xəstəliklər və xəstəxanadaxili infeksiyaların epidemiologiyası şöbəsinin müdiri Romela Abovyan hökumətin mətbuat xidmətinə müsahibəsində bildirib.

“İstisna edilmir ki, peyvənd olunmayan vətəndaşlar dekabrın 1-dən etibarən koronavirusdan öz vəsaitləri hesabına müalicə olunsunlar. Beynəlxalq şirkətlərin qeyd etdiyi kimi, digər ölkələrin təcrübəsi də peyvəndin bu xəstəliyə qarşı mübarizənin ən təsirli vasitəsi olduğunu göstərir”, - o deyib.

Abovyan qeyd edib ki, Ermənistan lokdaun məsələsi hələ müzakirə olunmur. “Digər ölkələrin təcrübəsinin öyrənilməsi nəticəsində məlum olub ki, indiki məhdudiyyətlər daha effektivdir”, - Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb.

Şərhlər

Abbas Səhhət 2021-10-31 10:27:59

Bizi 30 il hərbi əsarətdə saxlayan dövlətin səhiyyəsi ilə nə işimiz? Bizim pulsuz-sığortalı səhiyyəmiz, bizi nəticəsini (də pasientin ömrünü artırır, ya qısaldır?) dəqiq qarant verilməyən ən qızğın biznes, aylıq maaşdan bahalı əməliyyatlar və som beş ildə azı 2 qat bahalanan dərman qiymətləri maraqlandırır. Bunlar harada yazılıb?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol