Menu

"Əfqanıstanda toya hücum edənlər hərəkatın adından istifadə edib" - "Taliban"

31.10.2021, 12:58
"Əfqanıstanda toya hücum edənlər hərəkatın adından istifadə edib" - "Taliban"

Əfqanıstanın Nanqarhar əyalətindəki toya hücum edənlər "Taliban" adının arxasında gizlənirlər. "Report" xəbər verir ki, bunu "Taliban" sözçüsü və Əfqanıstan müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiulla Mücahid tviterdə bildirib.

“Dünən gecə Nanqarhar əyalətinin Şamşpur Mar Qundi kəndindəki toyda üç nəfər “Taliban”ın adından istifadə edərək, musiqi çalmağı dayandırmağı tələb ediblər. Daha sonra onlar mərasim iştirakçılarına atəş açıblar. Nəticədə azı 3 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb. İki şübhəli saxlanılıb, biri qaça bilib, o, hazırda axtarışdadır", - Mücahid qeyd edib.

Qeyd edək ki, "Taliban" Əfqanıstanda toylarda canlı musiqini qadağan edib, indi kişilər və qadınlar müxtəlif salonlarda əyləşməlidirlər.

Şərhlər

molla 2021-10-31 18:31:54

yazıq əfqanlar!

Eli 2021-10-31 18:07:05

Bu düşünce ile bunlar dövlet yarada bilmeyecekler ,yaratsalar da İran kimi bir dövlet yaradacawlar ki ,buna da Dövlet demeye adamın dili gelmir,teni din ayrı siyaset ayrı olmayınca tekamülden yox ,tenezzülden danışmaq olar.Teni çetin meselelerdir ,evvela bunların terbiyyesi qaydaya salınmalı,sonra dövlet yaratmaqdan söhbet gede biler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol