Menu

“Bəzi hərbçilərin Vətən müharibəsindəki səriştəsizliyinə görə cinayət işləri başlanılıb” - Hərbi prokuror

01.11.2021, 12:16
“Bəzi hərbçilərin Vətən müharibəsindəki səriştəsizliyinə görə cinayət işləri başlanılıb” - Hərbi prokuror

“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”.

“Report” xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.

Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlərimiz arasında fərarilik edən kimsə olmayıb və bu, əslində millətin ruhundan xəbər verir.

X.Vəliyev qeyd edib ki, II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsəzliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol