Menu

"2030-cu ilədək qaz emissiyalarını yarıbayarı azaldacağıq" - Co Bayden

02.11.2021, 00:32
"2030-cu ilədək qaz emissiyalarını yarıbayarı azaldacağıq" - Co Bayden

"Bu ilin aprel ayında açıqlanan plana uyğun olaraq ABŞ 2030-cu ilədək qaz emissiyalarının həcmini 2005-ci ilə nisbətən 50-52 faiz azalda bilər".

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Co Bayden bu gün BMT-nin Qlazqoda keçirilən 26-cı İqlim Dəyişikliyi Konfransında (COP26) bildirib.

“ABŞ-ın nəinki masa arxasına qayıtdığını, həm də ümidvar olduğumuz kimi, öz nümunə gücü ilə başqalarını da buna vadar edəcəyini dünyaya göstərəcəyik” – deyə dövlət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol