Menu

Bakıda sərnişin avtobusu qəzaya düşüb - Xəsarət alan var

03.11.2021, 09:04
Bakıda sərnişin avtobusu qəzaya düşüb - Xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 2 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin avtobusunda olan 31 yaşlı Məsimova Almara Aslan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

turan 2021-11-03 14:25:24

O qırmızı avtobus sürücüləri istədiyi oyunu çıxardırlar. Çünki dallarında duran var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol