«Taliban» hərəkatı Əfqanıstan sakinlərinə ağır iqtisadi situasiya səbəbilə xarici valyutadan istifadəni qadağan edib.
Bu barədə hərəkatın nümayəndəsi Zabihulla Mücahid bəyan edib. Xəbəri «avesta.tj» yayıb.
«Ölkədə iqtisadi situasiya və milli maraqlar tələb edir ki, bütün əfqanlar yalnız istənilən tranzaksiyada əfqandan istifadə etsinlər. İslam əmirliyi bütün vətəndaşlara, mağaza sahiblərinə, biznesmenlərə bildirir ki, bundan sonra maliyyə əməliyyatları aparan zaman əfqandan istifadə etsinlər və xarici valyuta istifadəsindən çəkinsinlər» - hərəkatın nümayəndəsi Tvitterdə yazıb.
Qeyd olunur ki, bu qaydanı pozanlar məsuliyyətə cəlb olunucaqlar.
Bundan əvvəl ABŞ hakimiyyəti bəyan etmişdi ki, Əfqanıstan hökumətinin dondurulmuş ehtiyatlarının (ABŞ banklarında saxlanır) donu o zaman açılacaq ki, taliblər dünya birliyinin tələblərini yerinə yetirəcəklər.
Hazırda Əfqanıstan dərin sosial-iqtisadi böhran keçirir və ciddi şəkildə beynəlxalq humanitar yardıma ehtiyacı var.
AzPolitika.info


Şərhlər