Menu

"“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil" - Çavuşoğlu

04.11.2021, 12:31
"“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil" - Çavuşoğlu

“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğan da amerikalı həmkarı Cozef Baydenlə görüşdə gündəmə gətirib: “Sözügedən məsələləri əhatə edəcək İşçi Qrupu yaradacğıq. ABŞ bununla bağlı təklif irəli sürüb. Lazım olan məsələlərlə bağlı nazirliklərlə işləyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol