Menu

Portuqaliya Prezidenti parlamenti buraxacaq

05.11.2021, 01:29
Portuqaliya Prezidenti parlamenti buraxacaq

Portuqaliya Prezidenti Marselo Rebelo do Sousa bildirib ki, o, Respublika Məclisini (birpalatalı parlament) buraxmaq və gələn il yanvarın 30-na ölkədə növbədənkənar seçkilər təyin etmək qərarına gəlib.

“Report” xəbər verir ki, dövlət başçısının çıxışını Portuqaliyanın dövlət radio və televiziya şirkəti “Radio e Televisao de” yayımlayıb.

“Mən Respublika Məclisini buraxmaq və seçkiləri yanvarın 30-na təyin etmək qərarına gəldim”, - deyə prezident bildirib.

Qeyd edək ki, Marselo Rebelo do Sousa cari il yanvarın 25-də Portuqaliya Prezidenti seçilib. O, seçkilərdə 62,54% səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol