Menu

Rusiyada COVID-ə yoluxma, aktiv xəstə və ölüm sayında rekord

07.11.2021, 23:39
Rusiyada COVID-ə yoluxma, aktiv xəstə və ölüm sayında rekord

Rusiyada koronavirusa dair həftəlik statistika açıqlanıb. Məlum olub ki, son yeddi gündə ölkə üzrə 281 305 yeni yoluxma halı təsdiq edilib ki, bu da pandemiyanın başlanmasından bəri ən yüksək göstəricidir.

Bildirilib ki, öncəki həftə ilə müqayisədə 1-7 noyabrda yoluxanların sayı 3.4% artıb.

Həmçinin, cari həftə ərzində aktiv xəstələrin sayı 986 303-ə, COVID ölümlərinin sayı isə 8 276-a çatıb ki, bu da rekord rəqəmlərdir.

Mənbə: TASS

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol