Menu

"Azərsu" 60 milyon manatlıq tenderə yekun vurub

16.11.2021, 11:24
"Azərsu" 60 milyon manatlıq tenderə yekun vurub

"Azərsu" ASC Mingəçevir (1) və Şirvan (2) şəhərlərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Nort Vest Konstrakşn” MMC və “Azərsutəchizattikinti” ASC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 40,736 milyon manat və 19,181 milyon manat, ümumilikdə 59,917 milyon manat ödəniləcək.

Xatırladaq ki, “Nort Vest Konstrakşn” "Azərsu"yun Qax və Salyan şəhərlərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı elan etdiyi 2 tenderdə də qalib elan edilib. Bu işlərə görə şirkətə ümumilikdə 63,072 milyon manat ödənilib.

Şərhlər

t.ədalət 2021-11-16 14:30:46

"Azərsu"yu hələ də kənardan Qorxmaz Hüseynov idarə edir.Tender-mender də Q.Hüseynovun göstərişi ilə idarə olunur."Azərsu"yun bütün texniki işlərini Q.Hüeseynovun texnikaları aparır.Vaxtında oğurladığı pulların hesabına,Ştəkcə Qəbələ və Qubada milyard dollar dəyərində mülklər yaratmaqla yanaşı,xarici ölkələrdən texnikalar da alıb öz şəxsi qarajını yaradırdı.Bu qarajda torpaq və quraşdırma işlərini görə bilən texnikalar toplanıb.Fetoçular vəzifəni itirsələr də,nəzarəti itirmirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol