Menu

Ermənistan itkilərini rəsmən təsdiqlədi - "Vəziyyət olduqca ağırdır..."

16.11.2021, 17:09
Ermənistan itkilərini rəsmən təsdiqlədi - "Vəziyyət olduqca ağırdır..."

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədin Laçın istiqamətində, Qızıltəpə dağı istiqamətində gedən döyüşlərdə ağır itkilər verdiklərini təsdiq edib.

Nazirlikdən verilən məlumatda deyilir ki, saat 16.00-a olan məlumata görə erməni tərəfi üçün vəziyyət olduqca ağırdır, itkilər var, 2 döyüş mövqeyi əldən verilib.

Xatırladaq ki, erməni KİV-ləri Azərbaycanla sərhəddə gedən ağır döyüşlərdə Ermənistan ordusunun indiyədək 10 hərbçi itirdiyi, 6 hərbçinin isə əsir götürüldüyü barədə informasiya yayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol