Menu

Fətullah Gülənlə bağlı nə baş verir? – “Təşkilat uzun müddət bunu gizlədə bilməyəcək”

19.11.2021, 13:54
Fətullah Gülənlə bağlı nə baş verir? – “Təşkilat uzun müddət bunu gizlədə bilməyəcək”

“FETÖ” terror təşkilatının lideri, Türkiyədə 2016-cı il dövlət çevrilişi cəhdinin əsas təşkilatçısı hesab olunan Fətullah Gülənin ölümü ilə bağlı 2 gündür yayılmış xəbərlər nə təsdiq, nə də təkzib olunur.

“AzPolitika.info” xəbər verir ki, ilk dəfə Türkiyənin “Oda TV” xəbər portalının yaydığı bu məlumat Türkiyə mətbuatının əsas gündəm mövzularından birinə çevrilib. Həmin xəbərdə bildirilir ki, F.Gülən ABŞ-ın Pensilvaniya ştatındakı evində zəhərlənərək öldürülüb. Əlavə olunur ki, onunla bərabər Gülənin çevrəsində olan daha bir nəfər eyni qaydada həyatı ilə vidalaşıb. Həmin xəbərdən dərhal sonra Gülənin təşkilatı bir video yayımlayıb. Həmin videoda “FETÖ” rəhbərinin sağ olduğu və ibadət etdiyi görüntülənib. 

Lakin sözügedən məlumatı yayan “Oda TV” iddia edir ki, bunlar köhnə kadrlardır və portalın yaydığı xəbəri xüsusi xidmət orqanlarındakı mənbələr də təsdiqləyib. Gülənin rəhbərlik etdiyi teror təşkilatına təlimatlar verdiyi villasındakı personala isə mətbuata heç bir açıqlama verməmək tapşırılıb.

Sözügedən hadisə ilə bağlı danışan Türkiyənin “Anadolu” agentliyinin ABŞ-dakı bürosunun rəhbəri Hakan Copur isə deyib ki, ABŞ polisi hələlik bununla bağlı hər hansı məlumat vermir: “Amerika polisi və yerli mətbuatdakı mənbələr bu məsələ ilə bağlı məlumat vermir. Ancaq bu o demək deyil ki, malikanədə heç nə baş verməyib. Mümkündür ki, nəsə baş verib, lakin polisə bununla bağlı məlumat verilməyib. Ancaq təşkilat uzun müddət bunu gizlədə bilməyəcək”.

Bu arada Rusiyanın “RİA Novosti” agentliyi də məsələni araşdırmağa çalışıb. Agentlik Pensilvaniyanın Pokono-Mountin polis idarəsinin məlumatına istinadla yazıb ki, polisdə bununla bağlı hər hansı məlumat yoxdur: “Sistemdə Gülənin ölümünü təsdiqləyən hər hansı məlumat yoxdur”. 

Göründüyü kimi, FETO-nun rəhbərinin ölümüylə bağlı məlumat ətrafında qeyri-müəyyənlik var. Lakin hər halda yaxın zamanda həqiqətdə nə baş verdiyi üzə çıxacaq.

“AzPolitika.info”

Şərhlər

t.ədalət 2021-11-19 17:07:09

Fətullah gülən ölsə də(gorbagor olsun!) onun Azərbaycandakı qulları uzun müddət fetoçu kimi əl-ayağa ilişəcək.

Niyaməddin 2021-11-19 15:58:31

Şərəfsiz, namussuz, alçaq və riyakar olduğu sifətindən bilinir.

esger 2021-11-19 14:41:40

Bunun nə murdar sifəti var

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol