Menu

Putin Paşinyanla Qarabağı müzakirə edib

21.11.2021, 14:02
Putin Paşinyanla Qarabağı müzakirə edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

“2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların yerinə yetirilməsi kontekstində regiondakı vəziyyətin və onun sabitləşdirilməsi üçün görülən tədbirlərin müzakirəsi davam etdirilib. Nikol Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib", - məlumatda deyilir.

Qeyd edək ki, bu, tərəflər arasında həftə ərzində baş tutan sayca ikinci telefon danışığıdır.

Şərhlər

ELxan a 2021-11-22 10:09:22

Hələ 27 il öncəki bir sammitdə B.Klinton B.Yeltsinə və BİZƏ bildirmişdi ki, ABŞın bu regiona heç bir təsiri və marağı yoxdur, gedin Kremllə həll edin. Ehtimal ki, Kreml və İrəvanı BMT TŞnın DQMV həllinə aparmaq üçün qəti icra müddəti tələb etməli, hərbi işğal və deportasiya cinayətlərinə iddialarını hər dəfə danışıqlar masasına qoymalıydıq? Axı, milyonlarla soydaşlarımız vəhşi deportasiya və hərbi soyqırım terroru ilə əzəli İNSAN Hüquqlarından məhrum edilib və əksəriyyəti hələ də səfalətdədirlər?

Elxan 2021-11-21 14:19:48

Bu 2 nəfərdən bir soruşan yoxdur ki, sizin Qarabağa nə aidiyyətiniz var ay...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol