ERMƏNİLƏR BU KƏNDƏ QƏDƏR GERİ ÇƏKİLİB - "32 il əvvəl azərbaycanlıları bu ərazilərdən çıxarmışdıq..."

16 noyabrda törətdiyi təxribatdan sonra ermənilər Sünikin Anabat (Noravank) kəndinə qədər geri çəkiliblər. Bununla bağlı məlumatı Ermənistanın "Jam” (Zaman) qəzeti verib.  Anaba kəndinin sakinlərinin sözlərinə görə, Azərbaycan Ordusu kəndin çox yaxınlığında qərarlaşıb və əsas yollardan birinə nəzarəti tam ələ keçirib.

Kənd sakinləri deyirlər ki, hələ 32 il bundan əvvəl onlar azərbaycanlıları bu ərazilərdən çıxarmışdılar. İndi isə Azərbaycan Ordusu həmin əraziləri igeri qaytarıb və ermənilər üçün həyati əhəmiyyət kəsb edən yolun üzərində post qurub: "Azərbaycanlılar 32 il əvvəl buralardan qaçmışdı. İndi isə həmin yola nəzarət edirlər. Belə davam etsə, tezliklə Anaba (Noravank) da onların olacaq”.

635x100

Şərhlər

AAAA 2021-11-23 17:31:07

Qaçmışdılar, yoxsa Ermənistan Milisi DQMV soyqırımı önü deportasiya etdirib?

Son yazılar