RAMİZ MEHDİYEVDƏN KORRUPSİYA İTTİHAMI... - "Acınacaqlı mənzərəyə görə Abdullayev ciddi məsuliyyət daşıyır"

"Yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəyə AMEA-nın İşlər İdarəsinin sabiq müdiri Fətəli Abdullayev ciddi məsuliyyət daşıyır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akedemik Ramiz Mehdiyev qurumun Elmi İnnovasiyalar və Alternativ Enerji Texnologiyaları üzrə Elmi Şurasının ilk iclasında çıxışı zamanı deyib.

O, Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib və qarşıya çıxan problemlərin tezliklə həllinin vacibliyini vurğulayıb.

R.Mehdiyev həmçinin alimlərin sırf elmi işlərlə məşğul olmaları üçün müəyyən şəraitin yaradıldığını və bu məqsədlə bir sıra zəruri addımların atılacağını diqqətə çatdırıb.

635x100

Şərhlər

Ümid 2021-12-05 22:51:22

Şəki Sərnişin Avtobazası uzun müddətdir ki, səhmdarlarına qənim kəsilib... Avtobazanın özəlləşməsində Arzu kef kəçir, alanlar isə divident gözləyir, gözləsin ????? avtobazada qanunsuzluqlar hökm sürməkdə davam edir ?

alim 2021-11-24 21:22:13

Bu gün elmlə məşģul olmaq istəyən AMEA-nın hər hansı bir institutunda işləmək isteyenin azı 25 min manatı olmalıdir. Yoxda fəlsəfə doktoru ola bilmeyecek. Ramiz Mehdiyev gələndən sonra qiymetlet çox qalxıb.

Oxucu 2021-11-24 20:52:07

AMEA-nın biznesmen vitse-prezidentlərinə qoşulub “elmlə” məşğyl olmaq istəyən elmi işçinin ən azından ticarət budkası olmalıdır. Ticarət obyekti olmayan elmi işçi vitse-prezidentlərin məşğul olduqları “elmlə” nə cür məşğul ola bilər?

Dəmirə cavab 2021-11-24 19:31:39

Deyilənə göre institutun direktotu Aytən Mustafazadədən 200 min manat alandan sonra yoxlamanin nəticələrinə göz yumub.

elmi işçi 2021-11-24 17:38:11

Ramiz Mehdiyev qarşısına AMEA-nı məhv etmək məqsədini qoyub. AMEA-nı ticarət trestinə çevirib

Dəmir 2021-11-24 15:43:42

Ramiz müəllim, nəyə görə Hüquq və İnsan Haqları institutunda aparılan yoxlamalar nəticəsində meydana çıxan acınacaqlı mənzərəbəs nəyə görə nəyə görə gizlədildi?!

Mamed 2021-11-24 15:31:11

Ramiz Mehdiyevə ünvanlanan məktublar onun korrupsioner köməkçisi Eldar Əmirov və səriştəsiz aparat rəhbəri Seyfəl Həsənov tərəfindən ört-basdır edilir.

A.Məmmədov 2021-11-24 13:46:05

1978-ci ildən işlədə təyinatla Fizika İnstitutuna göndərilmişəm və həmin institutun “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasında əmək fəaliyyətinə başlamışam. 2011-ci ilə kimi bu laboratoriya institutun ən təhciz edilmiş laboratoriyası idi. 2011-ci ildə məni eksperimental bazası olmayan başqa laboratoriyaya keçirtdilər və bundan sonra Fatma Abdullazadənin əri Oqtay Ələkbərovun göstərişi ilə institutun oyuncaq rəhbərliyinin əli ilə laboratoriyanın adını dəyişdirdilər, əmlakının dağıtdırdılar və satdılar. Bu barədə Prezident Administrasiyasının Humanitar Siyasət şıbəsinin müdiri Fərəh Əliyevaya iki dəfə müraciət etmişəm. Heç bir tədbir görülmür. Fizika İnstitutunun icraçı direktorunun imzası ilə mənim qaldırdığım məsələyə aidiyyətı olmayan başdansovdu cavablar yazıb göndərirlər.

Mubariz 2021-11-24 12:56:02

Dağıl a dünya , təmiz insan gəlib yer üzünə

Asif 2021-11-24 12:51:33

Ramiz müəllim zarafat eləyir. Birdən inanırsız. Kişinin mırtı tutub

Vüsal 2021-11-24 12:41:30

İnanın gülməkdən qəşş elədim. Həqiqətən Ramiz Mehdiyev konkret olaraq hamını dolayır, məsələnin.

Səməd 2021-11-24 12:29:32

Baş korrupsioner imiz və ya ölkədəki rüşvət və korrupsiyanın " Xaç Atası" Akademiklər Akademiki Don Ramzes müəllim iki qolunu bir qıçını çirməliyib nəhayət 85 yaşında korrupsiyaya qarşı amansız müharibə elan eləyib. İlahi adam özünü həyasızlıq qoyduqda ondan nə desən aglasıgmaz əməllər gözləmək olarmış. İyrəndim vallahi....

1 həftədə işdən qovulanlar 2021-11-24 12:19:58

Yaxşı olardı ki, akademik Ramiz Mehdiyev AMEA-nın Hüquq və İnsan Haqlaları İnstitutunda baş verən korrupsiya halları və qanunsuzluqlarla bağlı ona ünvanlanmış şikayətləri də araşdıraydı. Bu gün institutun direktoru Azərbaycan hüquq elminə terror həyata keçirdir. Bir həftədə 10 əməkdaşı işdən çıxardırb

Son yazılar