İŞİD terror qruplaşması girov saxladığı ingilis jurnalist Con Kantli ilə bağlı video-rolik yayıb. musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, videoda jurnalist kürd şəhəri Kobanidə görüntülənir.
Bu barədə “Guardian” yazıb.
Video-rolikdə Kantli qara geyimdə Suriya-Türkiyə sərhədində yerləşən bu şəhərdən xəbər verir. Maraqlıdır ki, öncəki videolarda girovlar narıncı paltarda olurdular.
İngilis jurnalist Kobanidəki durumu İŞİD-in mövqeyindən təsvir edir, qruplaşmanın öz mövqelərini tərk eləməsi haqda informasiyanı təkzib edir.
Britaniyalı jurnalist terrorçular tərəfindən 2012-ci ilin noyabrında, Suriyada oğurlanıb.


Şərhlər