Menu

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları qüvvədə saxladı

29.10.2014, 09:15

putin sanksiya rusiyaAvropa İttifaqına üzv olan dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı sanksiyaları qüvvədə saxlamağı qərar verib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə agentliyə adının açıqlanmasını istəməyən avropalı diplomat bildirib.

“Aİ liderləri və XİN rəhbərləri sanksiyalarla bağlı müzakirələr aparıb. Daimi nümayəndələr debatlar zamanı Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərinə dəyişiklik edilməsinə səbəbin olmadığını qeyd ediblər”, deyə mənbə bildirib.

Bundan əvvəl analoji qərar Aİ üzv dövlətlərinin liderləri tərəfindən verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol