"DƏMİR LEDİ" RUSİYA SƏRHƏDİNDƏ TANKA MİNDİ - Britaniya Putinə xəbərdarlıq edir

Böyük Britaniya xarici işlər naziri Liz Trass Estoniyaya səfəri zamanı hərbi poliqonda tankla gəzib. Bununla da britaniyalı diplomat “dəmir ledi” Marqaret Tetçerlə assosiasiya yaratmaqla, özünün lider ambisiyasını göstərmək istəyib.

Beləliklə, mətbuat qarşısında uğurlu rakursdan görünməklə Vladimir Putinə anlatmaq istənilir ki, Ukraynanın şərqdən gələ biləcək təcavüzdən müdafiə olunmasına Böyük Britaniya çox ciddi yanaşır.

Estoniyanın Tapa şəhərində “Challenger2” tankına minən Liz Trass, Qərbin Rusiyanın digər lideri Mixail Qarbaçovla olan qarşıdurmasını xatırladır. Otuz beş il öncə Baş nazir Marqaret Tetçer də Qərbi Almaniyanın Fallinqbostel şəhəri yaxınlığındakı NATO poliqonunda anoloji vəziyyətdə “Challenger” tankının köhnə modifikasiyasına minmişdi.

Əynində makintoş, boynunda şarf, gözündə qoruyucu eynək olan xanım Tetçer lazer tuşlayıcı sistemin köməyi ilə təlim mərmilərindən altı dəfə atəş açmışdı. Marqaret Tetçer bildrmişdi ki, bu onun çox xoşuna gəlib. Sonrakı gün “The Daily Telegraph” qəzeti yazmışdı ki, Tetçer bu geyimdə haradasa Aysedora Dunkan və ərəbistanlı Lourens arasındakı adam təsiri bağışlayır. 

Palto və zirehli gödəkcə geyinmiş “instaqram naziri” adlandırılan Liz Trass Böyük Britaniya və “Kral tank polku”nun bayrağı altında tankla gəzişib. Amma Marqaret Tetçerdən fərqli olaraq xarici işlər naziri tankdakı silahdan atəş açmayıb. O, Estoniya paytaxtı Tallindən 100 kilometr aralı və Rusiya sərhəddindən 160 kilometr qərb tərəfdə yerləşən NATO bazasına dislokasiya olunmuş 800 britaniyalı hərbçiylə görüşüb. Alyans tərəfindən həm bu, həm də Latviya, Litva və Polşada yerləşən buna oxşar digər üç baza Krımın Rusiya tərəfindən 2014-cü ildə ilhaqından sonra yaradılıb. Bu bazalar sərhəddin o biri tayındakı Vladimir Putin ordusunun qabağının hərbi vasitə ilə alınması məqsədilə qurulub. Britaniya hökumətindəki mənbənin sözlərinə görə, xanım Liz Trass Britaniya ordusunu NATO-nun ön sərhəd xəttində görmək, hərbçilərin mümkün təcavüzə qarşı necə məşq etdiklərini anlamaq və alyansın şərq cinahının müdafiəsi üçün gördükləri işə görə onlara təşəkkür etmək istəyib.

“Conservative Home” bloqunun Mühafizəkarlar Partiyasının üzvləri arasında keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Liz Trass ən populyar nazirdir və onun fəaliyyətini dəstəkləyənlər 82,3 faizdir.

Xanım Trass bildirib ki, NATO Rusiyanı Ukraynada hərbi təxribata çəkmir və Vladimir Putin tərəfindən ediləcək istənilən təcavüz strateji şəhv olardı. O, deyib: "Kremlin ssenarisini əvvəl də görmüşük. Rusiya yalandan iddia edirdi ki, Krımın ilhaqı NATO təcavüzünə cavabdır. NATO təxribatçı yox, müdafiə prinsipi əsasında yaradılmış alyansdır. NATO-nun rusları təxribata çəkməsi barəsindəki istənilən bəyanat, sözsüz ki, yalandır. Biz, Ukrayna və Qərbi Balkanların təhlükəsizliyini, iqtisadi dayanıqlığını möhkəmləndirmək üçün bu ölkələrdəki sabitliyi dəstəkləyəcəyik”.

Böyük Britaniyanın “MI-6”kəşfiyyat orqanının rəhbəri Riçard Mur deyib ki, Rusiya Böyük Britaniya üçün ciddi təhlükə təşkil edir. Riçard Mur “BBC”-yə verdiyi müsahibəsində bildirib: ”Ukrayna ətrafında zaman-zaman böhranlar baş verir, biz qoşunların sərhədd boyunca yığışmasından narahatıq, həm də Putinin hansı niyyət güdəcəyindən də bərk narahatıq. Yaşanan hadisələri çox diqqətlə izləmək lazımdır. Ruslara çox ehtiyatla anlatılmalıdır ki, əgər onlar 2014-cü ildəki kimi təcavüzə baş vurarlarsa, onda bunun hesabını ödəyəcəklər”.

(“The Telegraph”-Böyük Britaniya)

Tərcümə "AzPolitika"nındır


635x100

Şərhlər

Eli 2021-12-25 20:49:29

Eliye cavab yazan Akbarcan müellim men ne Sizin dilinizi ne de mentiqinizi başa düşmefim.Mümkünse fikrinizi aydın yazın.

Eli MÜƏLLİM Akbarcan 2021-12-05 22:30:51

Münaqişə başlanandan Azərbaycanı müdafiə edən neçə vətəndaşımızı və Qarabağı qoparmağa çalışan neçə vətəndaşımızı mühakimə etmişik?

Eli 2021-12-05 00:18:34

Müellim Size sade bir fakt gösterim.Tesevvürünğze Azerbaycanın xeritesini getirin .Azerbaycanın düz göbeyinde yerleşen,dörd bir terefden tarixen azerbaycanlılar yaşayan erazilerle ehate olunan balaca bir vikayetde ermeniler ve onların havadarları ikinci bir”Ermeni dövleti” yaratmaq isteyirler.Kimdir bunlar?BMT TŞ-nın ve Minsk qrupunun üzvleri ABŞ,Rusiya,Feansa başda olmaqla bütün xristian dövletleri ve bezi müselman ölkeleri.Bu gün dünyanın reslluqları budur.Haqqı müdafie etmeli olsnlar Beynelxalq qanunlara da,Haqqa,Edslete de tüpürürler.Bu gün kim güclüdür o da haqlıdır.

Eli 2021-12-04 23:57:02

İndi dünyanın söz sahibi olan dövletleri ve Beynelxalq teşkilatlatlar bu fdkgın eksine gefe bilmezler ve getmeyecekler.Miszl üçün Makronun bu eregede özünü nece aparması ve Qarabağın Azerbaycan erazisi olmasımı etiraf etmesi bu sözletin tesdiqi ola biler .Bunu Putin de dünya qarşısında etiraf etdi .Halbu ki bu meseleleri Minsk qrupunun üzvü olan ve bizi eleyhimize işleyen dövletletin başçıları deyir .Ne ise.Müellim Sizin suslın cavabı ise beledir:Türkün bütün düşmenleri.

Eli BEYƏ 2021-12-04 22:36:46

Killer qətl mütəxəssisi sayılır və ona haqq ona görə ödənilir ki, bütün cinayət prossesinə məsuliyyət daşısın! Əlbəttə, qatil, ya hər cinayətkar zərərçəkmişin iddiası ilə mühakimə olunur və olunmalıdır! Əks halda oxşar cinayət tarix boyu davam edəcək! Onda lütfən, cinayət ortağı daha kimi saymaq olar, sualına SİZ cavab yazın.

Eli 2021-12-04 16:05:56

Bu gün Azerbaycan öz Şanlı Tarixini yazır.”Bir millet iki dövlet” prindipine riayet ederek 200-300 ilde ede bilmediklerini edib ve Allan qoysa bu işlerini sonakkordları vurana kimi bişler davam edecek.Kremle qalan ise şerefsiz aqressor tarixi qalacaq ,Rusiyanın dağılması zaman. meselesidir ,bu gün bütün dünya gücleri bunun üzerinde işleyir ve bu günü bşz de yeqin ki görerik nece ki,SSRİ-nin sonunun gördük.

Eli 2021-12-04 15:50:53

ABŞ ,Avropanın ilde bizim 5-6 miliatd dollar pullarımızı aparmağa ,bu tebii bir presesdir ,bşznesdir,pul qoyub pul götürürler .Ancaq Azerbaycan bu sövdeleşmelrden elde etdiyi maliyye hesabına iqtisadiyyatını inkişaf etdiretek mükemmel Ordu yaradıb dünys birliyine meydan oxuyub 30 illik “Qarabağ” problemini hel edib bizim Şeref be leyaqetimize leke getirmek isteyenlerin başda Rusita Fransa olmaqla derslerini verdi.Mence bu itirilen pullardan daha şerefli bir tarixdir başa düşen üçün.

Eli 2021-12-04 14:52:48

O vaxtkı rehberliyin bu enerji layihelerinin Rusiya üzerinden yox,mehz Gürcüstan ve Türkiyye üzerinden aparılması da bu siyasetin terkib hisselerinden biri olmaqla Rusiyanı oyundan kenar qoymaq meqsedi güdürdü.Ve bu çox dğzgün siyaset idi.Bu gün bizim yanımızda Rusita yıx qardaş Türkiyyedır ve “Bir millet iki dövlet” öz işini layiqince gördü ve görür.

Eli 2021-12-04 14:40:46

İkincisi 90- cı illerin evvelleri Azerbaycanın xezinesi bom boş idi.Ölkenin iqstisafiyyatının ve müdafie qüdretinin yükseldilmesi üçün ölkenin o vaxtkı rehberliyi mecburen ABŞ ve Avropanı iqtisadiyyatının esasını teşkil neft senayedinin inkişafı üçün öecburen sermaye yatırmaq üçün bura devey etdi .Ve bu gün Qarsbsğın azad edilmesinde elde etdiyimşz Qelebe o dövr heyata keçirilen siyasetin düzgün olmasının mentiqi neticesidir.

Eli 2021-12-04 14:27:21

Eliye cavab yazan müellime.Rusiya 30 ilde her il ayırdığı 1 milliard dollar Ermenistanın müdafiesinin güclendirilmesine yox ,özünün Cenubi Qafqazda apardığı siyasetin heyata keçirilmesine yönelfib.Eger Diz deyen olsaydı müdafiesine 30 milliard verilen Ermenistanın Ordusu 44 güne bele rezil bir duruma düşmezdi.Bu hem de Azerbaycanın Rusiya üzerinde onun mğdafie senayesi üzerindeki Qelebesidir ve bu faktdır

Eli 2021-12-04 02:49:53

O ki qaldı ABŞ ve Avropaya tarix boyu onların siyaseti rle aurlub ki haqq nahaq birinci onların menafeyi temin olunmalı sonra ise başqaları,esasen de mezlum ve zeif dövlet be milletlerin halal haqqlarını yemeyin hesabına.Tarixe nezer salmaq kifayetdir ki,ABŞ,İngiltere,Fransa hansı milletlerin başlarına açdıqları oyunların hesabına betqerar olublar.

Eli 2021-12-04 02:43:40

Üçüncüsü ise Rusiyanın bir dövlet kimi dünyada tutduğu mövqeden gedir.Bu dövlet yarandığı günden ancaq aqressiya ike meşğul olub ve yanlış siyaset de SSRİ-nin sonunu getirdi indi de növbe Rusiyanındır.Bu dövletin ehalisi dünya ehalisinin 1,5-1,6%- ni teşkil edir,lakin yer küresinin yerüstü ve yeraltı servetlerinin 3-de biri bı ölkenin erazidindedir .İndi gelin baxaq gördk bu dövlet hansı seviyyede idare olunur ve ehali hansı seviyyede yaşayır.

Eli 2021-12-04 02:25:42

Davamı .İkincisi hörmetli müellim 90- cı illerin evvellerinde Azerbaycanın cexinesi bom boş idi ve vaxtkı rehberlik mecburen ölke iqtisadiyyatının esasını teşkil eden neft senayesinin inkilafı üçün ABŞ ve Avropanı bu saheye sermaye yatırmapa devet etdi.Dünyanı dolandıran ticaret ve siyasetdir fikrini nezere alsaq bu gün Azerbaycanın Qarabağı azad etmesi o vaxt siyaset ve iqtisadiyyat sahedinde atilan düzgün addımların mentiqi neticedidir.Dövletin xezinesinde milliardlarla pull ola Veten torpağı da düşmen tapdağında.Sizce bu pulların artıq bele cerclenmesi yaxşı olar bizim üçün yoxsaermeni ve figer füşmenlerin qabağında bir Kişi kim ortsya çıxa bilmemek.Sizce hansı yaxşı olar hörmetli müellim.

Eli 2021-12-04 02:13:13

Eliye cavab yazan müellime.Evvela Ermenistan 30 il erzinde her il Ermenistana 1 milliard xerclemesi onun inkişafı üçğn yox Kremlin Cenubi Qafqazda yürütdüyü siyasetin heyata keçirilmesine cidmet efib.Eger Ermenistana xerclenseyfi bu ölkenin ordusu 44 güne bele rezil bir dürüma düşmezdi.

Eli BİLİCİyə 2021-12-03 20:26:34

ABŞ və avropalıların xarici siyasəti Kreml manevrindən fərqlənir. Kreml SSRİ buraxılandan (yaradıldığı 72 ildə heç bir kənar təcavüzə məruz qalmamış) Ermənistanın müdafiəsinə hər il azı milyard ABŞ dolları kapital xərləyib. ABŞ və avropalılar isə 1996 cı ildən Azərbaycanın (müdafiəsini heç düşünmədən) neftinə hər il bir-iki milyard sərmayə yatırıb, 3-5 milyard qazanıblar. Hansı ölkələrin xarici siyasətləri xalqı-vətəndaşları üçün daha sərfəlidir?

Eli 2021-12-03 20:09:13

Demeli demirden hazirlanmiş texnikaya minende xanımları “Demir ledi” adlandırırlar.Gülmelidir vallah,onda sade mentiqle bu xanım ata minse nece adlandırılacaq ,bax bu maraqlıdır.

lala metin 2021-12-03 17:33:07

Rusiya dünyanın xərcəng xəstəliyidir o dağılmasa sülh olmayacaq

Eli 2021-12-03 14:57:43

Bu avropalılar başdan ayağa oyunbazdırlar.Xarici İşler nazirinin tamka minmedi nece başa düşülmelidir.Bir de Rusiya bir dövlet kimi dağılmasa dünyada heç kime rahatlıq olmayacaq ,bunlar ele Putin başda olmaqla ne istediklerini bilmirler ve hamı ile gerginlik yaradırlar.Bunlar normal dövlet olsa budövletde yaşayan bğtün vetendaşkar dünyada en yaxşı heyat ve yaşayış seviyyesine malik olarlar.Bunlar xalqların pullarının herbi saheye ve casus şebekelerinin yaradılmasına yöneldib xalqı insan kimi ysşamağa qoymurlar.Elementsr mentiq bunu deyir.

Son yazılar