Menu

Amnistiya Aktı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTOLAR

03.12.2021, 13:55
Amnistiya Aktı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub - FOTOLAR

"8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub".

"Report" xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, amnistiya müəssisədə ümumilikdə 7 nəfərə şamil edilib: "Həmin şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər: "Onlardan 6 nəfəri azadlığa buraxılıb, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq".

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol