Alimlər koronavirusdan müalicənin effektivliyini azaldan mutasiyalar aşkar ediblər

ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri koronavirusun immun müdafiədən yayınmasına, həmçinin əsaslı müalicələrin effektivliyini azaltmağa imkan verən bir neçə mutasiya aşkar ediblər.

“Report” xəbər verir ki, “Science” jurnalında dərc olunan məqaləyə görə, bu, infeksiyalar və ya peyvəndlər nəticəsində əldə edilən təbii immunitetə də aiddir.

Alimlər xəbərdarlıq ediblər ki, tədqiqatın nəticələri “omikron” ştamına birbaşa tətbiq olunmaya bilər, çünki ştamın inkişafı onun mutasiya dəstindən asılı olacaq.

Tədqiqat müəlliflərinin fikrincə, virus insan orqanizmində nə qədər çox təkrarlanırsa, onun peyvənd və ya immun sisteminə qarşı daha böyük müqaviməti yaranır.

Bütün bunlar onu deməyə əsas verir ki, koronavirusun təkamülünü dayandırmaq üçün bütün dünyada onun yayılmasının qarşısını almaq lazımdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “omikron” ştamı bu ilin noyabrında Afrikanın cənubunda müəyyən edilib. Mütəxəssislərin fikrincə, bu, koronavirusun digər variantlarına nisbətən daha patogen ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar