"YAQUBLUNU POLİSLƏRİN DÖYDÜYÜ İSTİSNADIR" - Vilayət Eyvazov hüquq müdafiəçiləri ilə görüşüb

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı dekabrın 3-də DİN başçısı Vilayət Eyvazovla görüşüblər.

"Görüşdə insan hüquqları ilə bağlı bizdə narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdik. Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub", - deyə Qocamanlı qeyd edib.

DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib, - Qocamanlı bildirib.

Onun sözlərinə görə, nazir hüquq müdafiəçillərində narahatlıq doğuran məsələlərlə bağlı Monitorinq Qrupu iə dialoqa hazır olduğunu bildirib.

"Bu, çox vacibdir, belə ki, DİN başçısı eyni zamanda Əfv Komissiyasının üzvüdür. Məlum olduğu kimi, əfv institutu siyasi məhbusların azad edilməsi üsullarından biridir", - deyə Qocamanlı qeyd edib.

Ümumilikdə siyasi məhbuslar məsələsinə toxunan hüquq müdafiəçisi bildirib ki, bu gün Saleh Rüstəmovun taleyi Monitorinq Qrupunun ən böyük narahatçılığına səbəb olur.

"O, artıq 28 gündür aclıq edir. Qrupumuz noyabrın 30-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində ona baş çəkib. Onun vəziyyəti narahatlıq doğurur. Hesab edirik ki, Birinci Qarabağ müharibəsindəki xidmətləri, Başkənd əməliyyatını həyata keçirməsi, habelə əlil oğlu olduğu nəzərə alınaraq, Saleh Rüstəmov azad edilə bilər və edilməlidir".

Onun sözlərinə görə, məsələnin operativ həlli yollarından biri ona irəli sürülən ittihamların daha yüngül maddələrə tövsif edilməsi və onun həbsdən azad edilməsidir və bu qərarı Ali Məhkəmənin Plenumu qəbul edə bilər.

"Saleh Rüstəmova baş çəkməyimizdən və icra, qanunvericilik və məhkəmə hakimiyyətinin nümayəndələri ilə görüşümüzdən sonra bu şəxsin azad edilməsi məsələsinin müsbət həllinə ümid yaranmağa başlayıb. Təəssüf ki, meydanlarda, KİV-də, sosial şəbəkələrdə ultimatumlarla Rüstəmovun azad edilməsinə nail olmaq cəhdləri yalnlz bu istiqamətdəki səylərə xələl gətirir", - deyə Qocamanlı bildirib.

Bununla belə, Qocamanlı qeyd edib ki, hüquq müdafiəçiləri Rüstəmovun azad edilməsi üçün səyləri davam etdirəcəklər. "Bu ziyalı, nəcib insan hansısa siyasi oyunların qurbanı olmamalıdır.

***

Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb. (Turan)

635x100

Şərhlər

Camaat 2021-12-08 10:59:49

Kimin döyməyindən asılı olmayaraq ay Vilayət Eyvazov CƏNABLARI niyə bunu edənlər üzə çıxarılıb,cəzalandırılmır?Deməli sizdə bunda maraqlısınız.

Veten dashi 2021-12-06 15:36:07

Bu qadınlar ona görə burdadılar ki,sözə baxandılar.Bunların özlərinin müdafiəyə ehtiyacı var..

Kələntər 2021-12-05 10:46:53

Nazir düz deyir : Yaqublunu anasının əmcəyini kəsən danabaşlar döyüb.

Yahya 2021-12-05 08:16:37

S.Rüstəmovun azad adilməsi an məsələsi idi. Əli Kərimli onun azad edilməsini öz xeyrinə yararlanmaq istədi və bu əl oyuncağına çevrilmiş Tofiq Yaqublunu ortaya atdı ki " Çıx mitinqə səni tutsunlar" Amma kimlərsə onu döydü... İndi azad olmağa az qalmış S. Rüstəmlinin yubandı. Bax budur müxalifətin 30 ildir etdiyi saxtakarlıqlara biridir saxtakarlıgı

məsləhət 2021-12-05 01:58:07

bu foto - da olan qadinlar pensiyaya çixsaydilar , nəvələrinə qulluq etsəydilər , çox fayda verərdilər, amma , ..........

məsləhət 2021-12-05 01:55:49

bu foto - da olan qadinlar pensiyaya çixsaydilar , nəvələrinə qulluq etsəydilər , çox fayda verərdilər, amma , ..........

t.ədalət 2021-12-04 22:39:02

Tofiq Yaqublunu ... qoçuları döyüb.Mitinqlərdə onların olduğu,mülki geyimdə mitinqçiləri döydükləri və kürd dilində danışdıqları haqqında mətbuat da xəbər verib.Orası da məlumdur ki,onlar polislə birlikdə olurlar.

vilayətə 2021-12-04 20:38:10

Saleh Rüstəmovu azad edin! Onun heç bir günahı yoxdur!

miri 2021-12-04 19:49:06

İnsan haqları təşkilatlarının haqlı saydığı telıbinə ictimaiyyət nümayəndələrinin dəstək verməsini pis qiymətləndirilməsi kimi absurd hec yerdə ola bilməz.

Son yazılar