Menu

Trampın şirkəti sosial şəbəkə yaratmaq üçün bir milyard dollar cəlb edib

05.12.2021, 18:19
Trampın şirkəti sosial şəbəkə yaratmaq üçün bir milyard dollar cəlb edib

ABŞ-ın sabiq prezidenti Donald Trampın “Truth Social” sosial şəbəkəsini yaradan Trump Media & Technology Group (TMTG) şirkətinin bir qrup institusional investordan 1 milyard dollardan çox pul aldığını açıqlayıb. Onların adları açıqlanmır. Bu barədə “Meduza” məlumat yayıb.

“1 milyard dollar senzura və siyasi ayrı-seçkiliyə son qoyulmalı olduğuna dair mühüm siqnaldır. Amerika siyasi ideologiya əsasında ayrı-seçkilik etməyəcək “Truth Social” platformasına hazırdır”, - deyə Tramp bildirib.

2021-ci ilin yanvarında ABŞ prezident seçkilərinin nəticələri ilə razılaşmayan tərəfdarlarının Konqres binasına basqın etməsi və nəticədə 5 nəfərin ölümündən sonra Trampın hesablarını Facebook, Instagram və Twitter tərəfindən bloklanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol