Menu

Britaniyada COVID-in müalicəsi üçün yeni dərmandan istifadə ediləcək

06.12.2021, 00:24
Britaniyada COVID-in müalicəsi üçün yeni dərmandan istifadə ediləcək

Böyük Britaniyada COVID-19-un müalicəsi üçün virus əleyhinə dərman vasitəsi sayılan molnupiravirin (marka adı “Lagevrio”) geniş tətbiqinə başlanılacaq.

Ölkə mətbuatının yaydığı xəbərə görə, onun xəstəliyin inkişafının ilkin mərhələlərində koronavirusa xüsusilə həssas olan şəxslərə təyin edilməsi planlaşdırılır.

Krallığın Səhiyyə Nazirliyindən verilən məlumata görə, molnupiravir ABŞ-ın “Merck və Ridgeback Biotherapeutics” şirkətləri tərəfindən hazırlanıb.

Pilot proqramın ilin sonunadək başlanacağı bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol