Azərbaycanın qaz hasilatı proqnozu üstələyir - Gələn il həcm nə qədər olacaq?

2022-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Şahdəniz” yatağından qaz hasilatı 22,8 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır, bu da 2021-ci ilin proqnoz göstəricisini 7% ötəcək.

ARDNF-nin 2022-ci ilin büdcəsi üzrə Hesablama Palatasının rəyində qeyd olunur ki, 2022-ci ildə “Şahdəniz” yatağından kondensat hasilatı 33,3 milyon barrel (2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə artım 4,7% – İF) səviyyəsində proqnozlaşdırılır.

“BP-Azerbaijan” şirkəti 2021-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 16 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3% çoxdur. Cari ilin 9 ayında “Şahdəniz” yatağından təxminən 24 milyon barel kondensat (3 milyon ton) hasil edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,1% çoxdur.

Xatırladaq ki, 2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) hasil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir. Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

"AzPolitika.info"

635x100

Şərhlər

korrektor 2021-12-06 21:56:47

bu qədər qazı xalqa ucuz vermirsiniz! Limiti niyə azaltdınız? Kasıbın pulu yoxdur! Başa düşmürsünüz?

RT 2021-12-06 21:23:21

Be niye qiymet qalxir ?....

Son yazılar