ƏMƏKHAQLARI VƏ PENSİYALAR NƏ QƏDƏR ARTACAQ? - Rəqəmlər açıqlandı + VİDEO

Gələn il yanvarın birindən həm dövlət, həm də özəl sektorda çalışan şəxslərin əməkhaqları 20 faizdən az olmayaraq artırılacaq.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Xəzər Xəbər''ə müsahibəsində deyib.

O bildirib ki, artıq 2022-ci ilin dövlət büdcəsi zərfi təsdiq olunub. Zərfə daxil olan sənədlərdən biri də minimum əməkhaqqının artırılması ilə bağlıdır.

Sənədə əsasən, gələn ildən minimum əməkhaqqı mövcud 250 manatdan 300 manata çatdırılacaq.

Musa Quliyev deyib ki, minimum əməkhaqqının artması ilə əlaqədar olaraq muzdlu əməkhaqqı çərçivəsində, yəni, vahid tarif cədvəli üzrə çalışan bütün işçilərin aylıq maaşı artacaq.

Bir sözlə, bütövlükdə əməkhaqqının vahid tarif cədvəli üzrə artması həm dövlət sektoru, həm də özəl sektoru əhatə edəcək.

Musa Quliyev onu da qeyd edib ki, gələn il cari illə müqayisədə orta aylıq əməkhaqqı 65 manat artaraq 807 manata çatacaq. Eyni zamanda, orta aylıq əməkhaqqının artması imkan verəcək ki, bütün növ pensiyaların məbləği təxminən 7-8 faiz yüksəlsin.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

635x100

Şərhlər

Veteran 2021-12-15 23:37:17

Musa Quluyev yenə iki başlı danışdın.Bir neçə gün bundan əvvəl deyirdin 40-50 % əBəs nə oldu? Heç utanmırsan?Gündə bir fikir deyirsən ..

M.Quliyevə 2021-12-12 13:07:25

Depuyayxana son bir il ərzində ərzaq .istehlak mallarının 35-40 faiz,xidmətlərin (su.qa,elektrik,yanacaq,rüsum) )20100 faiz artdığı halda 5-6 ay keçəndən sonra pensiyaların 7-8 faiz,əmək haqlarımnın 20 faiz artmasını xalqa nə qədər zyan etdiyini,əhalinin qidalanma və yaşamını nə qədər çətinləşdirdiyini anlaya bilirsinizmi?Bunu əsaslandırnağa çalışan millətin vəkillərinə millətin münasibətiSizi heç narahat etmir?Nə qədər biş və ziyanlı qərarlar çıxaracaqsınız? Ayıb deyilmi? Xalqdan heç utanırsınızmı?ba

Memmednesir 2021-12-12 00:09:50

100 % Artımdan qabaq oturub fikirləşiblər ki artırdığından bunların burnundan necə gətirə bilerik

Pensiyaçıya 2021-12-11 22:16:46

Təsadüfən elə sözün doğrusuna düşmüsünüz!

elman 2021-12-11 21:50:27

7-8% artim 1kq kere yaqi

Zakir 2021-12-11 18:26:31

bes evvelce deyirdinizki pensiyalar en azi 20 faiz artacaq, Ne oldu bes? Bir az ciddi olun Ayibdirir

Musa 2021-12-11 16:45:14

Bəs deyirdin 45 faiz artacaq....

Pensiyaçı 2021-12-11 15:53:05

Hörməyli Millət Vəlili,maaşlar 20 faiz artırılırsa.pniyalar niyə 7-8 faiz artır? Buna izahat vermənizi xahiş edirik....Axı onlaar da Sizin kimi 40-50 il iş işləyib dövlətə vergi və mənfəət veriblər.Bu qədər anlamsızlıq Sizlərdə haradan?

İnsan 2021-12-11 13:38:52

Nə böyük artımdı

t.ədalət 2021-12-11 13:06:29

Ara söz-söhbətlərində deyildiyi kimi maaş və əmək haqlarının artımı bahalıqdan 80-90 faiz az olacaq.Ucdantutma hər şeyin bahalaşdığı,Rüsumların 200-300 faiz artırıldığına baxmayaraq əhaliyə verilməli olan əlavələr adekvat olmadı....

Akif 2021-12-11 11:46:25

Musa Quliyev orta aylıq əmək haqqının 65 manat artırılacağı deməklə həmişə olduğu kimi aclıq işində boğulan əhalini belə abstrakt rəqəmlə aldadır. Orta aylıq əamək haqqının 807 manat olması məhz təyin edilmiş deputatların, nazirləri, prezident administrasiyası, Nazirlər Kabinetinin və hüquq mühafizə orqanların yeksək maaşları hesabına 807 manata qalxacaq. Qoy Musa Quliyev cəmiyyətin aşağı təbəqəsinin, 300-500 manat civarında əmək haqqı alanların orta aylıq əmək haqlarının neçə faiz artacağınlı aşıqlasın. Bu isə hakimiyyətə sərf etmir. Çünki belə kateqoriya vətəndaşların orta aylıq əmək haqqı 500 manatı aşmır

Son yazılar