Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, intihar Yeni Yasamal yaşayış massivində baş verib.
Məhəmməd Xiyabani küçəsində yerləşən binanın beşinci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu özünü eyvandan atıb.
S.Quliyev hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.


Şərhlər
Heç kim özünü binadan atıb öldürməz.Bu adamı düşmənləri öldürüb.Sadəcə olaraq,intihar adı ilə cinayətlərini ört-basdır ediblər.Ciddi istintaqa ehtiyac var.Quldurlar bilirlər ki,pul çıxmayan işin istintaqı da düzgün aparılmır.