AZƏRBAYCANDA BU EVLƏRİN İNŞASI QADAĞAN EDİLDİ - Dövlət Komitəsi yeni normaları təsdiqlədi

Azərbaycanda yaşayış binalarında otaqların və mətbəxin hündürlüyü 2,7 m-dən az olmamalıdır.

"Report” xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda əksini tapıb.

Bundan başqa, sənədə əsasən, mansarda mərtəbələrinin yüksək hissəsində hündürlüyü (döşəmədən tavanadək) 2,7 m-dən az olmamalıdır.

Mənzildaxili dəhlizlərin, holların, antresolların (və onların alt hissələrinin) hündürlükləri insanların hərəkətinin təhlükəsizliyini təmin etmək şərtilə 2,1 m-dən az olmamalıdır.

Həmçinin mənzillərdə yataq otaqları digər otağa keçid kimi layihələndirilməməlidir.

Bundan əlavə Azərbaycanda yaşayış binalarının damında verlişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır.

Sənədə əsasən, damda radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.

Azərbaycanda həyət tərəfdən girişi olan və yaşayış otaqlarının pəncərələri həyətə açılan yaşayış binalarında yerləşən ictimai təyinatlı obyektlərin həyət tərəfdən müxtəlif yüklərlə yüklənib boşaldılması da yolverilməzdir.

B u da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, yaşayış binasının hüdudlarında yerləşən ictimai təyinatlı obyektlərin yüklənib boşaldılması, binanın pəncərələri olmayan yan fasad tərəfindən, yeraltı tunellərdən, xüsusi yük vurma hissəsi olduğu halda magistral küçə tərəfdən aparılmalıdır.

Binanın hüdudlarındakı ictimai təyinatlı obyektin sahəsi 150 m²-dən az olduğu halda yükvurma hissəsinin nəzərdə tutulmamasına yol verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar