Menu

Bakıda müəllimlərdən pul yığan direktorla bağlı araşdırma başlayıb

15.12.2021, 13:26
Bakıda müəllimlərdən pul yığan direktorla bağlı araşdırma başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 189-190 tam orta məktəbin direktorunun müəllimlərdən pul yığılması ilə bağlı səs yazısına münasibət bildirib.

"Report" xəbər verir ki, idarənin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında bununla bağlı müvafiq araşdırmaların aparıldığını deyib.

O qeyd edib ki, araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək: "Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək".

Qeyd edək ki, məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin votsap qrupunda pul yığılması ilə bağlı səs yazısı yayılıb. O, səs yazısında müəllimlərdən bütün siniflərdən pul yığmağı tələb edib.

Şərhlər

Veteran 2021-12-15 22:46:53

Təhsilin başında duran Bəliyevanın kadrları da belə olmalıdır.

lala metin 2021-12-15 16:49:44

bütün direktorlar korrupsiyaya qurşanıb hamı da her şeyi yaxşı bilir görünən dağa nə bələdçi 1000 manat rüşvət vermədiyim üçün məni işdən çıxartdı direktor

Roma 2021-12-15 15:30:36

Bu da Bakının və eləcə də Azərbaycanın ən nümunəvi məktəblərindən, yaxşı mənada, böyük ənənələri olan biri...ya məktəblərə direktor seçimi düzgün aparılmır, ya da bu pul yığımı nə "şirin" bir tədbir olubsa, hamı bu işə can atır...

alim 2021-12-15 14:33:31

AMEA-nın Hüquq və İnsan haqları İbstitutunun direktoru Aytən Mustafazadə də alimlərdən pul yığır. Nə olsun? Heç ölçü götürən də yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol