Menu

Liviyada silahlılar hökumət binasını və Müdafiə Nazirliyini ələ keçirib?

16.12.2021, 15:15
Liviyada silahlılar hökumət binasını və Müdafiə Nazirliyini ələ keçirib?

Liviyada silahlılar Milli Razılıq Hökumətinin mənzil-qərargahını və Müdafiə Nazirliyinin binasına daxil olduğu idia edilir.  “Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Tripolinin bir sıra rayonlarında elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hadisələrdə paytaxtda fəaliyyət göstərən silahlı qruplaşmalardan heç birinin adı hallanmır.

Qeyd edək ki, məlumatı rəsmi mənbələr təsdiqləmir.

Xatırladaq ki, dekabrın 24-də Liviyada prezident seçkisi keçiriləcək.

Qeyd edək ki, Liviya Ali Şurasının sədri Xalid Mişri dekabrın 11-də jurnalistlərə açıqlamasında ölkəsində Rusiyanın “Vaqner” adlı özəl hərbi şirkətinin 7 min muzdlusunun olduğunu söyləmişdi. O, bu yaraqlıların Liviyanın mərkəzini ələ keçirməyə çalışdıqlarını da vurğulamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol