Menu

Çin HDQ 4 gəmisi Senkaku mübahisəli adalar zonasına daxil olub

17.12.2021, 00:04
Çin HDQ 4 gəmisi Senkaku mübahisəli adalar zonasına daxil olub

Çin HDQ-nin 4 patrul gəmisi cümə axşamı Şərqi-Çin dənizindəki Senkaku (Dyoyuydao) adaları zonasına daxil olub. Yaponiya bu ərazini özününkü hesab edir.

Bu barədə dekabrın 16-da Kyodo agentliyinə istinadla TASS xəbər verib.

Nəşrin qeyd etdiyi kimi, ötən dəfə ÇXR hərbi gəmiləri Senkaku adaları zonasına noyabrın 19-da daxil olub.

Senkaku adaları ətrafında mübahisə 2012-ci ilin sentyabrında qızışıb. Həmin vaxt Tokio onların özəl sahibkarlar tərəfindən satın alındığını elan edib. Həmin şəxslər Yaponiya vətəndaşıdırlar. Bundan sonra Çində Yaponiya restoran və müəssisələrin talan edilməsi ilə müşayiət olunan kütləvi nümayişlər keçirilib. O vaxtdan bəri Çin gəmiləri fasiləsiz olaraq mübahisəli arxipelaq ətrafında dövrə vurur və onun sahil zonasına girişlər həyata keçirir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol