Menu

“İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir” - Vahid Əhmədov

17.12.2021, 16:31
“İdman mərc oyunlarında şəffaflıq sıfır səviyyədədir” - Vahid Əhmədov

“Azərbaycanda idman mərc oyunlarında şəfafflıq sıfır səviyyədədir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin üzvü Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

“Elə etməliyik ki, idman mərc oyunlarından, lotereyalardan gələn gəlirlər vergilərdən yayındırılmasın. Qanuna ciddi nəzarət olmalıdır. Bu sahələr kifayət qədər gəlirli sahələrdir", - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol