Menu

Bir sıra təşkilatlarda da maaş artımı olacaq

17.12.2021, 17:02
Bir sıra təşkilatlarda da maaş artımı olacaq

Prezident İlham Əliyevin yeni “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.

Şərhlər

Femida 2021-12-17 20:08:46

Hemkarlar ittifaqinin icsinin raziligi olmadan maasindan tutdugu kesintiler derhal dayandirilmalidir. Iscinin raziligi olmadan maasdan kesirler. Bu edaletsizlikdir. Prokurorluq, emek mufettisliyi ve ombudsman yoxlamalar aparmalidir. Milli meclis qanunda sert qaydalar qoymalidir. Iscinin raziligi olmadan hemkarlara pul tutula bilmez

t.ədalət 2021-12-17 20:03:35

200 faiz bahalığın yanında 20 faiz artım,üzr istəyirəm,... payı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol