"NAZİRİN DEDİKLƏRİNƏ MƏƏTTƏL QALDIM..." - "Demək, resurslar və zaman boş yerə xərclənib"

"Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin uşaqpulunun verilməməsi ilə bağlı heç bir məntiqi izahı olmayan "səbəblərindən" ən təəccüblüsü və absurdu uşaqpulu üçün meyarların müəyyənləşdirilməsinin çətin olması, uşaqpulu verilərkən neqativ halların, korrupsiya əməllərinin ola biləcəyidir".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz nazirin açıqlamasını şərh edərkən bildirib.

Xatırladaq ki, nazir media rəhbərləri ilə görüşündə bu barədə belə deyib: Hazırda Azərbaycanda 2,7 milyon nəfərdən çox yaşı 18-ə qədər olan uşaq var. Ayda 100 manat uşaqpulu təyinatı aparılması təkliflərini nəzərə alsaq, bu, illik 3,3 milyard manat vəsait edir. Sosial proqramlar adətən 10 illik hazırlandığına görə bu müddət ərzində uşaqpulu təminatı üçün 30 milyard manatdan çox pul tələb olunur. Ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük. Uşaqpulu təyinatı üçün meyarların müəyyənləşdirilməsi də çətindir. Meyarlar olsa belə, burada manipulyasiya, korrupsiya əməlləri ola bilər. Biz isə bundan qaçırıq. 600 mindən çox uşağa sosial müavinət və əlilliklə bağlı pensiya verilir. Fikirləşirik ki, uşaqpulu təyinatının yerinə əməkhaqqı artımı olsun. Məqsədimiz minimum əməkhaqqının artırılması ilə sosial rifahın yüksəldilməsidir".

Osman Gündüz qeyd edir ki, Sahil Babayevin dediklərinə məəttəl qalıb: "Doğurdanmı, bunu sosial sahəyə cavabdeh, rəqəmsallaşma və innovasiyaların tətbiqi üçün milyonlar xərclənən bir icra qurumunun rəhbəri açıqlayıb?"

Ekspert daha sonra Nazirliyin pandemiyanın ən qızğın dövründə elektron sistemlərinin çökməsinin qarşısını almaq üçün tətbiq etdiyi unikal metodu xatırladıb: “Məlum olduğu kimi, ƏƏSM-in e-social.az resursu ötən il pandemiya zamanı, 190 manat üçün onlayn müraciətlərə tab gətirməyərək tez-tez çökürdü. Belə olan halda, Nazirlik unikal bir "təhlükəsizlik metodu" tətbiq etmişdi, sistemin çökməsinin qarşısını almaq üçün "obedə" çıxanda və iş vaxtı bitəndə elektron sistemi "rubilnikdən" söndürürdülər. Yəni, Nazirliyin yanaşması "sistem yoxdur, problem də yoxdur" yanaşması olmuşdu. Nazirin indiki yanaşması da təxminən eynidir, korrupsiya ola bilər, ona görə uşaq pulu verilə bilməz”.

O.Gündüzün sözlərinə görə, uşaqpulu verilməsində korrupsiyanın olacağını arqument gətirməsini Nazirliyin problemin həllinə "unikal" yanaşması, analoqu olmayan "antikorrupsiya" tədbiri kimi də dəyərləndirmək olar.

“Əgər Nazirlik rəqəmsallaşmaya, e-xidmətlərə, informasiya sistemlərinə milyonlarla vəsait xərcləyərək, topladığı datalar vasitəsilə meyarlar üçün, antikorrupsiya üçün effektiv və səmərəli qərarlar, şəffaf mexanizmlər yarada bilmirsə, demək, resurslar və zaman boş yerə xərclənib. Həqiqətən də, hələ də inanmağım gəlmir ki, problemin həlli istiqamətində nazir bu dərəcədə ağlasığmaz bir arqument sərgiləyə bilərmiş”,- ekspert vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-12-21 10:39:45

İndiyədək Əmək və Sosial nazirlərin arasında Səlim Müslümovdan "samballısını" görmürəm. Belə ki, yanında Baş Vəzir statusundakı kimi "şair-publisist" Əjdər Olu saxlamaqla, vətəndaşların qəbulunda hərdən təbi gələndə, ondan sitat gətirərək, poyetik misralarla cavab verirdi, məsələn belə:"Adamsan da incidərlər adamı, O dünyadan haraylama atanı. Alansansa dur özün al qadanı, Canım, gözüm ömür elə budur bu, Yarışmağa meydan budur, cığır bu...

TT 2021-12-21 02:15:44

Ona ne deyirler oda onu deyir )

qaraguruh 2021-12-21 01:55:09

ayə biz niyə patdamırıq--ayyyay

Niyaməddin 2021-12-20 16:54:34

Allah zalımların belini qırsın! Kasıbların haqqını yeyənlərə Allah lənət eləsin! Zəlil, rüsvay, parça-parça olsunlar. Görəsən belələrində Türk qanı varmı?

Veten dashi 2021-12-20 15:54:16

Uşağın pampers və yemək pulunu verİn hec olmasa...Niyə hər gedən ləyaqətsiz məmurun apardığı milyonlara yox uşaq puluna qənaət edirsiz.Kim nə deyər bizdə olan qeyrətə ,Qeyrətimiz bəllidi hər millətə...Valideyn ac yalavac böyütsün sonra da böş vətənpərvərlik ideyası ilə yedizdirib bayraq verin ..Bu ölkənin sərvətini talayanlara allahin nəhlət və qəzəbi olsun

turan 2021-12-20 14:46:30

bu görəsən kimə qulluq edir

Rr 2021-12-20 13:55:39

naziri на мыло )))

Rahib 2021-12-20 13:36:08

S.Babayevin " xarici təhsilindən" dogan super savadının əsrarəngiz nümunəsinin nədən ibarət oldugunu son brifinqində tam aydın göründü. İlahi bu böyüklükdə və məsuliyyətli bir vəzifəni belə deyil adama necə həvalə etmək olarmış.. Çıxışının hər bir cümləsi savadsızlıqdan və naşılıqdan dogan qalmaqallı fikirlərlə dolu olmaqla bərabər onun aztəminatlılara qətiyyən qaygı göstərmək fikrinin olmadığını, vətəndaşa dilənçi kimi yanaşdıgı apaçıq ortada idi. Onun məqsədinin bütün gücü ilə aztəminatlıya, pensiyaçıya verilməli olan vəsaiti kəsmək , bu mümkün olmayanda isə ən minimum verməkdir ki, bunu hər ifadəsində sezmək olurdu..Etdiyi əssslandırmalar onun nə qədər savadsız və qeyri peşəkar oldugunu sübut edir. Bu adam ümumiyyətlə işinin mahiyyətini belə düzgün anlamırmış...

Cavidan 2021-12-20 13:28:47

belə nazir bundan artıq nə deiə bilər k? Bunun təyinayı elə əvvəldən yanlış olub.Bunun təqsiri yoxdur.Təqair inu tapıb ortaya çıxarandadır.

İsmayıl Xələfov 2021-12-20 12:48:25

Hələ bunlar nədir ki?

Son yazılar