"Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir. Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi".
"Report" xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, valideynlər məktəbin idarəetməsində yaxından iştirak etmirlər: "Bu, bir modeldir. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır".
Nazir bildirib ki, Valideyn-Müəllim Assosiasiyaları (VMA) Təhsil Nazirliyinin tabeliyində olan qurum deyil: "Həmin qurum ictimai şəkildə fəaliyyət göstərir. Quruma üzv olmayan valideynin övladının dərsə gəlməsini deyən şəxslər qanunsuzluq edir".


Şərhlər
bu artiq mekteblerde pul yiqilmasina gosteris vermek demekdir- bu nazir rayon tehsil sobelerine huquqsunaslari- maliyyecileri qoyub- Aqdamin tehsil sobesine bir gunde tehsille elaqesi olmayan huquqsunasi qoyub- maraqi nedir bilinmir
Day denen leqallashdirdinda rushveti) Derdeeee ,,,, indi rahat pul yiqarlar Ayibdiyeee vallahi Ayib ))) hara qedirik biz ? heee haraaaa ?
Pul, pul, pul!
Məktəblərdə niyə pul yığılmalıdır? Dövlət məktəblərini təmin etmək üçün lazımi miqdarda büdcə ayırır.Əgər büdcə kifayət etmirs bunun üçün nazirlik var.zəhmət çəkib dövlət qarşısına hesabat təqdim edib həllinə çalışsın.Nazirlik və nazir bunu etməyə borcludur. ...
Xəstədir bu. Bu ölkədə rüşvəti korupsiyanı talanı qanunlaşdıracaqlar. Millət seçməyən parlament bir gün görəcəyik qanun qəbul etdi ki korrupsiya talançılar milli xainlər yox,milli qəhrəmanlardırlar.
Bu ağılla neçə qardaşsınız? Məktəblərdə niyə pul yığılmalıdır? Dövlət məktəblərini təmin etmək üçün lazımi miqdarda büdcə ayırır.Əgər büdcə kifayət etmirs bunun üçün nazirlik var.zəhmət çəkib dövlət qarşısına hesabat təqdim edib həllinə çalışsın.Nazirlik və nazir bunu etməyə borcludur. Siz bu sözünüzlə bu qanunsuz əməllərə bir başa rəvac vermiş olduğunuzu anlayırsınız?