Özünü islam aləminin lideri, haqq-ədalət tərəfdarı, gerçək islam dəyərlərinin daşıyıcısı və s. elan edən İran hakimiyyəti Azərbaycanın torpaqlarını işğal edən və minlərlə müsəlmanın qanını tökən, milyonlarla insanı vətənindən didərgin salan Ermənistana “dostluq jestləri” göstərməkdə davam edir.
“AzPolitika.info” xəbər verir ki, İran parlamentinin bir qrup deputatı bu gün İrəvanda ermənilərin “soyqırım abidəsi”ni ziyarət edib, onun qarşısında baş əyib və abidəyə gül dəstələri qoyublar. Bununla bağlı dərc edilən xəbərdə deyilir ki, İran-Ermənistan dostluq qrupuna aid olan iranlı millət vəkilləri “soyqırım muzeyindəki sənədlərlə” yaxından tanış olublar və xatirə kitabına qeydlər ediblər.
Ancaq məsələ bununla bitməyib. Nümayəndə heyətində yer alan İran parlamentinin Xarici əlaqələr və təhlükəsizlik komissiyasının sədri Mahmud Əhmədi Biqaş bir qədər də uzağa gedərək, Türkiyənin ünvanına ittihamlar səsləndirib. Parlamentin yüksək rütbəli təmsilçisi deyib: “Məni xüsusilə o kədərləndirir ki, insanlar bunu törədəcək qədər və hətta törətdiklərini də etiraf etməyəcək qədər dəhşətli ola bilirlər...”
Göründüyü kimi, bir çox İran rəsmiləri xüsusilə də Azərbaycanın 44 günlük müharibədəki qələbəsindən sonra Fransa başda olmaqla Qərbdəki ermənipərəst dairələrdən, bəzənsə ermənilərin özündən daha çox ermənipərəstlik etməkdən, bunun üçün tarixi saxtalaşdırmaqdan, çirkin təbliğat aparmaqdan çəkinmirlər. Və bu, artıq uzun illərdir ki, İrandakı rejimin regionla bağlı siyasətinin tərkib hissəsinə çevrilib. Odur ki, yaxın zamanda İran parlamenti qondarma “erməni soyqırımı”nı tanısa, buna təəccüblənən olmayacaq...
“AzPolitika.info”

Şərhlər
FARSLAR DAİM ÖZ İC ÜZLƏRİNİ BİRUZƏ VERİRLƏR.
İrandakı islamın tarix boyu gerçək islamla heç bir əlaqəsi olmayıb!İrandakı islam islamın bütpərəstləşmiş mövcudluğudur. ....
Iran bizim ve Turk dunyasinin ebedi dusmenidi
Mən İslam Əməkdatlıq Təşkilatını şiddətlə qınayıram. Çünki bütün bunlar adıgedən qurumun gözləri qarşısında baş verir. Bu təşkilat nəhayət ki, İranı qeyri-İslam ölkəsi elan etməlidir. Bu ölkə bütün davranışları ilə İslam prinsiplərinin ziddinə gedir. İƏT çox aydın görür ki, bu ölkə İslamdan sürətlə uzaqlaşaraq öz doğma dininin ağuşuna can atır. Biz zaman-zaman İslamdan belə qopmaların şahidi olmuşuq. İndi də İran bu ərəfədədir. Əslində onlar hara cəhənnəm olurlarsa olsunlar məni narahat etmir. Məni narahat edən odur ki, 40 milyonluq soydaşımızı da özləri ilə birlikdə getdikləri yerə sürükləyələr.Çünki beyinlərinin içi zəhərlə doldurulub. Deyirəm 40 milyon olasan 200 il ərzində özünə nəinki dövlət, heç məktəb də qura bilməyəsən. Belə dərd olarmı? Tüstüm təpəmdən çıxır.
"yaxın qohumlarınız" ölüb belə hönkürüb ağlayırsınız?
Məni xūsusilə o narahat edir ki ,fars niyə mūsəlman dūnyasına soxularaq mūsəlmançılığa xələl gətirir?!
İran bizə düşmən olub, elə düşmən olaraq da qalacaq. Heç şübhəsiz ki, yaxın vaxtlarda ağzının payını, rusiya ilə birlikdə alacaq.
Bu İran fars ermeni molla rejiminin xristian ermenilere mehebbeti qardaş Cenubi Azerbaycan türklerine nifretinin hesabının dorulmadı günu uzaqda deyil o da olacaq onda görek bu şerefsizler müselmanlara ne cavab berecekler.
fars rejiminin ikiüzlülüyü bizə həmişə məlum olub . onlara adekvat davranış olmalıdır