Menu

Bakıda daha bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

22.12.2021, 00:01
Bakıda daha bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Maştağa qəsəbəsində Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü İsmayılov Fəxrəddin İsmayıl oğlu, 1979-cu il təvəllüdlü İsmayılova Vüsalə İsmayıl qızı və 7 yaşlı Rzayeva Əsna Elnur qızı, 16 yaşlı Rzayev Rafiq Elnur oğlu yaşadıqları edə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Şərhlər

t.ədalət 2021-12-22 00:12:52

Mənzillərə verilən qaz təmizlənmir.Şikayət edəndə də əhəmiyyət vermirlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol